Təcrübə Proqramı

 “Performance Center” şirkəti Təcrübə Proqramı elan edir

 

Avtomobilin istismarı sahəsinə maraq göstərən və gələcək iş karyerasını avtomobillərə texniki xidmətin təşkilinin müxtəlif istiqamətlərində görən universitet məzunları üçün “Performance Center” şirkəti 3 aylıq Təcrübə Proqramı elan edir.

Müsahibə yolu ilə  Təcrübə Proqramına seçilmiş şəxslər Proqramın başlandığı ilk gündən əmək haqqı ödənilməklə əmək müqaviləsi bağlanılaraq təcrübəli mütəxəssislərin rəhbərliyi altında müvafiq nəzəri və praktiki biliklər qazanacaqlar. Təcrübə proqramını tam mənimsəyərək, daxili qiymətləndirməni müvəffəqiyyətlə keçmiş namizədlər sonda ən azı 5 il olmaqla müvafiq şöbələr üzrə işlə təmin ediləcəklər.

Tələblər:
-  Texniki , menecment və  iqtisadi yönümlü ali   təhsil (daxilolma balını qeyd etmək mütləqdir);

- Dil bilikləri: Azərbaycan və ingilis dilləri;

- Kompüter və ofis texnikasından istifadə etmə bacarığı;

- Yaş: 21-24; 

- Avtomobilin quruluşu və istismarı üzrə bilgiyə malik olanlara üstünlük veriləcək;

Şirkət tərəfindən verilən təminatlar:

  • Tədris vəsaitləri
  • Sürücülük təlimi
  • Coffee break

İş şəraiti:

-Təcrübə proqramının qrafiki: həftədə 6 gün

-Əmək haqqı: 450 manat

-İş təcrübəsi tələb olunmur.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur.

30 April, 2024

Xəbərlər

Gəncəyə gəlirəm, yüküm Ravon-dur!
18.10.2020 Yenİlİklər
Gəncəyə gəlirəm, yüküm Ravon-dur!

Performance Center şirkəti Ravon avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olması ilə əlaqədar artıq Ravon markasının satışını Gəncə filialında da başlatdı.

Chevrolet Azərbaycanın sponsorluğu ilə 1 Dekabr EEH- da keçirilən Aygün Kazımova...
18.10.2020 Yenİlİklər
Chevrolet Azərbaycanın sponsorluğu ilə 1 Dekabr EEH- da keçirilən Aygün Kazımova...

Chevrolet Azərbaycan ilə Aygün Kazımova arasında bağlanan razılaşmaya əsasən 1 Dekabr Elektra Events Hall-da keçirilən konsert Chevrolet-in sponsorluğu ilə baş tutdu.

Chevrolet Azərbaycan, Aygün Kazımova ilə sponsorluq razılaşmasına imza atdı!
18.10.2020 Yenİlİklər
Chevrolet Azərbaycan, Aygün Kazımova ilə sponsorluq razılaşmasına imza atdı!

Hər zaman iddialı markalar üçün sponsorluqlar çox önəmli olmuşdur.

XV Qafqaz Motor Şou
18.10.2020 Yenİlİklər
XV Qafqaz Motor Şou

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ şəhərində “Qafqaz Motor - Şou 2018” avtomobil sərgisi keçirildi.

“Chevrolet Malibu”-nun Bakıda Təqdimat mərasimi keçirildi
18.10.2020 Yenİlİklər
“Chevrolet Malibu”-nun Bakıda Təqdimat mərasimi keçirildi

“Estetik Təcəssüm” – devizi ilə yenilənmiş Chevrolet Malibu modelinin Azərbaycanda təqdimatı keçirilib.

Bu kampaniya hər kəsi sevindirəJAC!
23.01.2021 Yenİlİklər
Bu kampaniya hər kəsi sevindirəJAC!

22 Yanvar - 22 Fevral tarixlərində Performance Center mərkəzlərindən JAC T8 pikapını 1000 AZN endirimlə əldə edə bilərsiniz. Üstəlik, DYP nişanı və İcbari sığorta hədiyyə olunacaq.