Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri (Avtomobil servisi bölməsi)

Performance Center şirkəti vakansiya elan edir

Vakansiya:  Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri (Avtomobil servisi bölməsi)

İş haqqında məlumat:

  • Tabeçiliyində olan mütəxəssislərin işini koordinasiya etmək, onların fəaliyyətinə və iş planının icrasına nəzarət etmək;
  • Korporativ müştərilərlə əlaqələrin qurulmasını, Şirkətin avtomobil servisi bölməsinin ehtiyat hissələri və texniki xidmətlərinin səmərəli satışının yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
  • Tenderlərin izlənilməsi və uyğun tenderə qoşulmanın təminatı;
  • Bazarın təhlili,araşdırmaların və monitorinqlərin aparılmasının təşkili;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
  • Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
  • Ümumi fəaliyyətə dair İdarə Heyətinə hesabatların verilməsi;
  • Korporativ satış dövriyyəsinin artırılması hədəfinə çatmaq üçün əlaqədar struktur bölmələr ilə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
  • Avtomobil Servisi bölməsində Ehtiyat hissələrinin satışını və texniki xidmətləri stimullaşdırmaq üçün alternativ təkliflərin hazırlanıb təqdim edilməsi;
  • Korporativ müştərilərin hesab dövriyyələrinə nəzarət etmək, borc üzləşmələrinin aparılmasını təmin etmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • Yaş: 30-40
  • Korporativ satışda rəhbərlik  üzrə 2 il iş təcrübəsi
  • İdarəetmə bacarığına malik olmalı
  • Azərbaycan, rus və ingilis dillərində səlis danışıq
  • Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq      
  • Təqdimat bacarığının olması  
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli 
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək. 

İş şərtləri

  • Həftədə 5 iş günü, saat 09:00-18:00
  • Əmək haqqı: 2000-2300AZN
     

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

30 April, 2024

Xəbərlər

Gəncəyə gəlirəm, yüküm Ravon-dur!
18.10.2020 Yenİlİklər
Gəncəyə gəlirəm, yüküm Ravon-dur!

Performance Center şirkəti Ravon avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olması ilə əlaqədar artıq Ravon markasının satışını Gəncə filialında da başlatdı.

Chevrolet Azərbaycanın sponsorluğu ilə 1 Dekabr EEH- da keçirilən Aygün Kazımova...
18.10.2020 Yenİlİklər
Chevrolet Azərbaycanın sponsorluğu ilə 1 Dekabr EEH- da keçirilən Aygün Kazımova...

Chevrolet Azərbaycan ilə Aygün Kazımova arasında bağlanan razılaşmaya əsasən 1 Dekabr Elektra Events Hall-da keçirilən konsert Chevrolet-in sponsorluğu ilə baş tutdu.

Chevrolet Azərbaycan, Aygün Kazımova ilə sponsorluq razılaşmasına imza atdı!
18.10.2020 Yenİlİklər
Chevrolet Azərbaycan, Aygün Kazımova ilə sponsorluq razılaşmasına imza atdı!

Hər zaman iddialı markalar üçün sponsorluqlar çox önəmli olmuşdur.

XV Qafqaz Motor Şou
18.10.2020 Yenİlİklər
XV Qafqaz Motor Şou

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ şəhərində “Qafqaz Motor - Şou 2018” avtomobil sərgisi keçirildi.

“Chevrolet Malibu”-nun Bakıda Təqdimat mərasimi keçirildi
18.10.2020 Yenİlİklər
“Chevrolet Malibu”-nun Bakıda Təqdimat mərasimi keçirildi

“Estetik Təcəssüm” – devizi ilə yenilənmiş Chevrolet Malibu modelinin Azərbaycanda təqdimatı keçirilib.

Bu kampaniya hər kəsi sevindirəJAC!
23.01.2021 Yenİlİklər
Bu kampaniya hər kəsi sevindirəJAC!

22 Yanvar - 22 Fevral tarixlərində Performance Center mərkəzlərindən JAC T8 pikapını 1000 AZN endirimlə əldə edə bilərsiniz. Üstəlik, DYP nişanı və İcbari sığorta hədiyyə olunacaq.