XV Qafqaz Motor Şou
20-22 İyul tarixlərində ölkənin aparıcı avtomobil dilerləri, jurnalistlər, bloggerlər, bir sözlə bütün avtomobil həvəskarları Qəbələyə, növbəti “Qafqaz Motor Şou” ya toplaşmışdı. Sayca 15-ci olan, Qafqazın ən böyük avtomobil sərgisinə bu il də maraq böyük idi.
Ölkənin ən öndə gələn avtomobil şirkətlərinin təqdim etdiyi yeni modellər, sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Bir çox avtomobil şirkətinin iştirak etdiyi sərgidə diqqətçəkən stendlərdən biri də Chevrolet markasına məxsus idi. Chevrolet brendinin Azərbaycandakı rəsmi distributoru olan Performance Center şirkətinin təqdim etdiyi Aveo, Trax və Malibu modelləri tədbir iştirakçılarının xüsusi diqqətinə səbəb olub.
Zərif dizaynı, güclü duruşu və innovativ xüsusiyyətləri ilə Trax və Aveo moedlləri ziyarətçilərin zövqünü oxşayıb. Chevrolet markasının təqdim etdiyi bir digər avtomobil, Malibu modeli isə heç şübhəsiz bütövlükdə sərginin ən diqqətçəkən avtomobillərindən biri idi.
Müasir və dinamik xətlər, zərif və funksional interyer, zəngin təchizat, eləcə də güclü performansı Yeni Malibunu daha da cəlbedici edir.
Rəsmi diler Performance Center, yeni Chevrolet Malibu modelini, iki mühərrik növü ilə 2.0L 250 at güclü turbo, 2.5L atmosfer mühərriklə təklif edir.
Avtomobillə yaxından tanış olmaq üçün ziyarətçilər adətən bir-biri ilə yarışıb.
Bundan başqa, Performance Center şirkəti sərgidə iştirak edən qonaqların daha da əyləncəli vaxt keçirtməklərini təmin etmək üçün, müxtəlif uduşlu müsabiqələr də təşkil edib.
Tədbirin sonunda , “İlin Sedanı” nominasıyasında ziyarətçilərin və eləcə də ekspertlərin rəğbətini qazanmış Malibu modeli “Qızıl Çarx” mükafatı ilə təltif olunub.
Test yürüşünə yazıl
Performance Center şirkəti Ravon avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olması ilə əlaqədar artıq Ravon markasının satışını Gəncə filialında da başlatdı.
Chevrolet Azərbaycan ilə Aygün Kazımova arasında bağlanan razılaşmaya əsasən 1 Dekabr Elektra Events Hall-da keçirilən konsert Chevrolet-in sponsorluğu ilə baş tutdu.
Hər zaman iddialı markalar üçün sponsorluqlar çox önəmli olmuşdur.
“Estetik Təcəssüm” – devizi ilə yenilənmiş Chevrolet Malibu modelinin Azərbaycanda təqdimatı keçirilib.
22 Yanvar - 22 Fevral tarixlərində Performance Center mərkəzlərindən JAC T8 pikapını 1000 AZN endirimlə əldə edə bilərsiniz. Üstəlik, DYP nişanı və İcbari sığorta hədiyyə olunacaq.