Avtomobil təmiri üzrə çilingər
Vəzifə öhdəlikləri:
- Servisə daxil olan avtomobillərə tələb olunan qaydada texniki baxışı icra etmək və mövcud mexaniki nasazlıqları aşkar etmək
- Aşkarlanan mexaniki nasazlıqları servisin Baş Mexaniki ilə təsdiqlədikdən sonra Servis Məsləhətçisinə bildirmək
- Avtomobildəki nasazlıqları istehsalçının texniki təmir tələbinə uyğun aradan qaldırmaq
- Tələb olunan ehtiyat hissələrini anbardan qəbul edib avtomobilə quraşdırmaq
- Təhkim olunmuş alət və avadanlıqlara məsul olmaq
- Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək,təmir işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına , istehsalat sanitariyası qayda və normalarına riayət etmək
- Şirkət tərəfindən təşkil olunan ixtisası artırma yönümlü təlimlərində iştirak etmək
- Baş mexanikin verdiyi şifahi və yazılı tapşırıqları tələb olunan vaxtda yerinə yetirmək.
Tələblər:
- Avtomobil təmiri üzrə çilingər kimi ən azı 3 il iş təcrübəsi
- Nəqliyyat vasitələrinin mexaniki təmiri üzrə iş təcrübəsi
- Nizam-intizamlı
- Mühərrik işlərində səriştəsi olan ustalara üstünlük veriləcək
- Yaş həddi: 25-45
- Təhsil: Orta və ya ali
İş şərtləri:
- İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: Razılaşma yolu ilə
Əlaqə nömrəsi: 994502913018
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Avtomobil təmiri üzrə Çilingər” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
31 July, 2024Xəbərlər
Performance Center şirkəti Ravon avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olması ilə əlaqədar artıq Ravon markasının satışını Gəncə filialında da başlatdı.
Chevrolet Azərbaycan ilə Aygün Kazımova arasında bağlanan razılaşmaya əsasən 1 Dekabr Elektra Events Hall-da keçirilən konsert Chevrolet-in sponsorluğu ilə baş tutdu.
Hər zaman iddialı markalar üçün sponsorluqlar çox önəmli olmuşdur.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ şəhərində “Qafqaz Motor - Şou 2018” avtomobil sərgisi keçirildi.
“Estetik Təcəssüm” – devizi ilə yenilənmiş Chevrolet Malibu modelinin Azərbaycanda təqdimatı keçirilib.
22 Yanvar - 22 Fevral tarixlərində Performance Center mərkəzlərindən JAC T8 pikapını 1000 AZN endirimlə əldə edə bilərsiniz. Üstəlik, DYP nişanı və İcbari sığorta hədiyyə olunacaq.