Ehtiyatlı Ol
Performance Center şirkəti 1997-ci ildən etibarən ölkənin avtomobil sahəsində xidmət göstərir. İlk gündən üçtərəfli xidmət növünü daim davam etdirib və bu istiqamətdə hər zaman müştərilərin istəklərini təmin edib. Avtomobil satışı, servis xidməti və ehtiyat hissələrinin satışı şirkətin hər zaman paralel bölünmüş istiqamət sahələri sayılır.
26 illik fəaliyyət müddətində Performance Center mərkəzləri Chevrolet, Cadillac, Hummer, BAIC və JAC kimi qlobal avtomobil markalarının ölkədəki rəsmi təmsilçisi olub. Bu fəaliyyət dövründə avtomobil satışı rəsmi təmsilçi olduğundan təkistiqamətli olsa da, amma servis xidməti və ehtiyat hissələrinin satışı multibrend şəkildə təqdim olunub.
3 filialdan ibarət olaraq şəbəkə halında xidmət göstərən Performance Center mərkəzlərinin Babək filialı Qafqazın ən böyük multibrend servis mərkəzi ünvanına sahibdir. Hər 3 filialda 50-dən çox qlobal avtomobil markalarına xidmət göstərilir və həmçinin multibrend şəkildə ehtiyat hissələrinin satışı həyata keçirilir.
Performance Center şirkətinin qurulduğu gündən əsas fəlsəfəsi ondan ibarətdir ki, öz alıcılarına keyfiyyətli servis xidməti göstərilsin və eynilə də keyfiyyətli ehtiyat hissələrinin satışı reallaşdırılsın. Çünki keyfiyyətli servis xidməti və istifadə olunan detallar hər bir avtomobil sürücüsünün həyat sığortasıdır. Servis xidməti zamanı edilən kiçik bir texniki səhv və keyfiyyətsiz ehtiyat hissəsi sürücünün ağır zədə almasına və ya digər ciddi fəsadlara səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq Performance Center şirkəti yeni “Ehtiyatlı Ol” layihəsinə start verir. Layihənin əsas mesajı ondan ibarətdir ki, hər bir sürücü öz təhlükəsizliyi üçün keyfiyyətli servis xidmətindən və ehtiyat hissəsindən istifadə etsin ki, hər zaman ehtiyatlı olsun.
Layihə həm də KSM (Korporativ Sosial Məsuliyyət) xarakteri daşıyır. Bu baxımdan tanınmış şəxslər də layihəyə cəlb olunub və mesajın daha geniş kütləyə çatması üçün dəstək göstərir.
Uzun sözün qısası, hörmətli sürücü, EHTiYATLI OL!
Test yürüşünə yazıl
Performance Center şirkəti Ravon avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olması ilə əlaqədar artıq Ravon markasının satışını Gəncə filialında da başlatdı.
Chevrolet Azərbaycan ilə Aygün Kazımova arasında bağlanan razılaşmaya əsasən 1 Dekabr Elektra Events Hall-da keçirilən konsert Chevrolet-in sponsorluğu ilə baş tutdu.
Hər zaman iddialı markalar üçün sponsorluqlar çox önəmli olmuşdur.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ şəhərində “Qafqaz Motor - Şou 2018” avtomobil sərgisi keçirildi.
“Estetik Təcəssüm” – devizi ilə yenilənmiş Chevrolet Malibu modelinin Azərbaycanda təqdimatı keçirilib.
22 Yanvar - 22 Fevral tarixlərində Performance Center mərkəzlərindən JAC T8 pikapını 1000 AZN endirimlə əldə edə bilərsiniz. Üstəlik, DYP nişanı və İcbari sığorta hədiyyə olunacaq.