Avtomobil satışı üzrə satıcı-məsləhətçi

Vəzifə öhdəlikləri:

 
- Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;

- Avtomobillərin yüksək səviyyədə təqdim olunması, kampaniyalar, xidmətlər barədə geniş məlumat verilməsi;

- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;

- Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi.

 

Tələblər:

- Ali təhsil

- Yaş: 23-35

- Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmalı;

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; 

- Təqdimat bacarığının olması;

- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti;

- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;

- Avtomobil bazarı haqqında  informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Əlavə məlumatlar
- Həftədə 5 iş günü, saat 09:00-19:00

- Əmək haqqı: 500-1700 AZN (əmək haqqı və əlavə bonuslar)

 

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Satıcı-məsləhətçi” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

31 July, 2024

Xəbərlər

Gəncəyə gəlirəm, yüküm Ravon-dur!
18.10.2020 Yenİlİklər
Gəncəyə gəlirəm, yüküm Ravon-dur!

Performance Center şirkəti Ravon avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olması ilə əlaqədar artıq Ravon markasının satışını Gəncə filialında da başlatdı.

Chevrolet Azərbaycanın sponsorluğu ilə 1 Dekabr EEH- da keçirilən Aygün Kazımova...
18.10.2020 Yenİlİklər
Chevrolet Azərbaycanın sponsorluğu ilə 1 Dekabr EEH- da keçirilən Aygün Kazımova...

Chevrolet Azərbaycan ilə Aygün Kazımova arasında bağlanan razılaşmaya əsasən 1 Dekabr Elektra Events Hall-da keçirilən konsert Chevrolet-in sponsorluğu ilə baş tutdu.

Chevrolet Azərbaycan, Aygün Kazımova ilə sponsorluq razılaşmasına imza atdı!
18.10.2020 Yenİlİklər
Chevrolet Azərbaycan, Aygün Kazımova ilə sponsorluq razılaşmasına imza atdı!

Hər zaman iddialı markalar üçün sponsorluqlar çox önəmli olmuşdur.

XV Qafqaz Motor Şou
18.10.2020 Yenİlİklər
XV Qafqaz Motor Şou

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ şəhərində “Qafqaz Motor - Şou 2018” avtomobil sərgisi keçirildi.

“Chevrolet Malibu”-nun Bakıda Təqdimat mərasimi keçirildi
18.10.2020 Yenİlİklər
“Chevrolet Malibu”-nun Bakıda Təqdimat mərasimi keçirildi

“Estetik Təcəssüm” – devizi ilə yenilənmiş Chevrolet Malibu modelinin Azərbaycanda təqdimatı keçirilib.

Bu kampaniya hər kəsi sevindirəJAC!
23.01.2021 Yenİlİklər
Bu kampaniya hər kəsi sevindirəJAC!

22 Yanvar - 22 Fevral tarixlərində Performance Center mərkəzlərindən JAC T8 pikapını 1000 AZN endirimlə əldə edə bilərsiniz. Üstəlik, DYP nişanı və İcbari sığorta hədiyyə olunacaq.