MÜKƏMMƏL TARAZLIQ

Yeni Malibu özündə müstəsna idarə etmə
həzzini birləşdirən avtomobildir. Dinamik
üslubun ən son texnologiya ilə vəhdəti –
etibarlı, təhlükəsiz və komfortlu yürüş keyfi
vəd edir.

“Bir nömrəli orta ölçülü ailə avtomobili”

U.S. News & World Report

STATUSUNUZU TƏYİN EDƏN DİNAMİK XƏTLƏR

Getdiyiniz hər yerdə özünüzdən əmin bir ilkin təəssürat yaradın. Malibu özünün güclü, qabarıq görünüşü ilə diqqətinizi cəlb edəcək. Eyni zamanda daxilində əsrarəngiz bir havalı mühit tapacağınız cəlbedici şərait hökm sürür.

ÖZ RAHATLIĞINIZI KƏŞF EDİN

İstər şəhər, istərsə də şəhərdən kənarda avtomobil idarə etməyinizdən asılı olmayaraq, oturacaqlar sizin optimal rahatlığınız üçün yaradılıb. 8 istiqamətdə elektriklə tənzimlənən sürücü oturacağı, sizin rahatlığınızı təmin edəcək.

QEYRİ-ADİ İNTERYER

Zərifliyi artırmaq və statusunuzu təmin etmək üçün xrom və dəri üzərində mebel işləmələr əks olunub. Komponentlərin interyerdə incə toxunuşu seçilən tərzi nümayiş etdirir.

TEXNOLOGİYA

1. Apple carPlay uyğunluğu.

Telefon, Musiqi, Xəritə və İsmarıclar daxil olmaqla, bəzi sevimli IPhone əlavələrini sadə və ağıllı şəkildə birbaşa avtomobilinizin ekranına qoşa bilərsiniz.

2. Android Auto uyğunluğu.
Bu sistem telefonunuzun bəzi uyğun Android əlavələrindən istifadə imkanı yaradır və onları mövcud Chevrolet MyLink ekranında sadə və ağıllı şəkildə əks etdirir.

3. MYLINK.
Mövcud Chevrolet MyLink 7 düymlü diaqonal, rəngli sensor ekran sizə ikonları və elementləri öz ağıllı telefonunuzda və ya planşetinizdə olduğu kimi istədiyiniz şəkildə sazlamağa imkan yaradır.

ÖN MANEƏLƏRİN AŞKARLANMA SENSORU

Bu mövcud sistem qarşıdakı nəqliyyat vasitələrini müəyyən etməyə köməklik edir və sürücüyə mümkün irəli toqquşma təhlükəsi barədə xəbərdarlıq edir. Əgər sistem müəyyən edilən nəqliyyat vasitəsilə mümkün irəli toqquşma təhlükəsinin yaxınlaşdığını təyin edərsə, sürücünü potensial toqquşma barədə xəbərdar edir.

PİYADA AŞKARLAMA ƏYLƏCİ

60 km/saata -a qədər olan sürətlərdə ön kamera qarşıdakı yolu tədqiq edir və nəqliyyat vasitəsi piyadaya çox sürətlə yaxınlaşdıqda xəbərdarlıq edir. Zərurət olduqda mövcud sistem hətta son saniyədə belə əyləci avtomatik şəkildə aktiv edir.

YAN “KOR” ZONANIN İDARƏ OLUNMA SENSORU

Avtomobilin arxa künclərində olan radar sensorları yan zolaqdan sürətlə yaxınlaşan nəqliyyat vasitələri ilə bərabər, yan güzgünün “kor” zonalarında olan
nəqliyyat vasitələrini də aşkarlamağa imkan verir. Xarici güzgülərdəki sarı rəngli işarələr avtomobilin mövcudluğunu göstərir.

ARXA ÇARPAZ HƏRƏKƏT XƏBƏRDARLIĞI

Bu mövcud sistem avtomobilinizi arxaya hərəkət etdirərkən onun arxasındakı yolu keçməyiniz üçün sizə xəbərdarlıq edir. Nəqliyyat vasitələrinə yaxınlaşdıqda səsli xəbərdarlıq və həmçinin arxa görünmə kamerasının ekranında görüntülü xəbərdarlıq işə düşür.

AVTOMOBİLİN QİYMƏTİ

Sürətlər qutusu Mühərrik AZN
Avtomatik 2.5L 50 800
Avtomatik 2.0L Turbo 54 800