Ravon R4 – uyğun qiymət, yüksək keyfiyyət!

Münasib qiymət, keyfiyyətli gövdə və rahat bir daxili salon – bütün bu xüsusiyyətlər Ravona böyük maraq göstərilməsi ilə nəticələndi.

İstər şəhər ətrafında hərəkət edərkən , istərsə də şəhəriçi səfərlərdə Ravon R4 etibarlı və təhlükəsiz yol yoldaşıdır.

Eksteryer

Gövdə kvadrata bənzər formadadır. Sedanın önü geniş və irəli uzanan şəkildə olmağına görə avtomobilin parkinqi zamanı ölçüləri hesabına rahat şəkildə park etməyə şərait yaradır. Ümumilikdə avtomobil çox harmonik görünür.

Ravon R4 ölçüləri:

  • Uzunluğu – 4.500 mm;
  • Eni – 1.700 mm;
  • Hündürlük – 1.500 mm;
  • Təkər bazasının ölçüsü – 2.600 mm.

İnteryer

Avtomobilin interyeri , istifadə olunan düymələr düzgün və istifadəyə rahat şəkildə yerləşdirilib.

Ravon R4 2019 – un nəzarət panelində iki kiçik ölçmə sensoru və ağ-qara ekranlı monitor mövcuddur. Həmçinin USB , AUX çıxışlarından və tənzimlənən sükandan ibarətdir.
İnteryerdə əl əyləc dəstəyi, stəkən altıqları , əşyalar üçün böyük bölmədən istifadə edilmişdir.

Baqaj kifayət qədər həcmlidir , həcmi 550 litr-ə bərabərdir.

Oturacaqların qatlanmış vəziyyətində baqaj bölməsinin həcmi daha da artaraq 1100 litr-ə bərabər olur.

Texniki xüsusiyyətlər

Ravon R4, 1.5 litr və 105 at gücünə malik benzin mühərrikli avtomobildir.

R4, sizi şəhər ətrafı və ya şəhəriçi mühitində kifayət qədər inamlı hiss etməyə imkan verir. Sedanın yanacaq sərfiyyatı çox qənaətlidir. 100 km-ə 6 L benzin sərfiyyatı ilə çalışır. Avtomobil 100 km/saat sürətə 12,6 saniyə müddətində çatır. Maksimum sürət 170 km/saat təşkil edir.

Ravon R4 gövdəsi qəza zamanı sərnişinləri qorumaq üçün yüksək keyfiyyətli poladdan hazırlanmışdır. Həmçinin ehtiyat kəmər sensoru və hava yastıqları ilə də təchiz olunmuşdur.

Ravon R4 avtomobili kiçik büdcə ilə keyfiyyətli və dözümlü sedan axtarışında olan insanlar üçündür.

Avtomobilin qiyməti

Sürətlər qutusu Mühərrik AZN
Ravon R4 1.5L 19 200 AZN