Ravon R3 – əsl büdcə avtomobili!

Ravon avtomobilləri artıq uzun müddətdir ki, etibarlı, təhlükəsiz və münasib qiymət etalonuna çevrilib. Bütün bu meyarlar Ravon R3 2019 modelinin görünüşü və parametrləri ilə uyğunluq təşkil edərək, zamanla özünü tam şəkildə sübut etməyə nail olmuşdur.

Eksteryer

Ravon R3 avtomobilinin xarici görünüşü çox incə şəkildə dizayn edilmişdir. Ön tərəfdə olan xrom radiator barmaqlıqları avtomobili daha da baxımlı edib.

Özü qatlanan güzgülər, 15 düyümlük disklər və geniş ərazini əhatə edən duman faraları R3 modelinin əsl büdcə avtomobili olması ilə yanaşı, həm də sürücünün rahatlığı üçün lazım olan özəllikləri maksimum şəkildə təmin etməyə çalışmışdır.

Ravon R3 2019 ölçüləri aşağıdakılardır:

  • Uzunluğu – 4 330 mm;
  • Eni – 1 690 mm;
  • Hündürlük – 1 550 mm;
  • Təkər bazası – 2 480 mm.

İnteryer

Ravon R3 avtomobilinin xarici görünüşü ilə yanaşı, interyer dizayn bölümü də sürücü üçün ilkin olaraq lazım funksiya və rahatlıqla təchiz olunmuşdur. Mərkəz konsolu, rahat AUX çıxışı və bağlana biləcəyiniz USB konnektoru olan bir səs sistemi ilə əhatə olunub.

Bununla da avtomobildə olarkən musiqidən rahat şəkildə zövq ala bilərsiniz. Avtomobilə hətta bluetooth – simsiz rabitə sistemi funskiyası da əlavə olunub. Ravon R3, multi sükan özəlliyini də sahibdir. Arxa oturacaqlar heç bir problem olmadan orta ölçülü üç sərnişinin oturmasına imkan verir. Oturacaqlar olduqca keyfiyyətli və dözümlüdür.

Texniki xüsusiyyətlər

Ravon R3 modelinin şəhəriçi yanacaq sərfiyyatı 8 litrdir. Qarışıq sürət zamanı isə sərfiyyat 6,5 litr təşkil edir. Avtomobilin yanacaq  çəninin həcmi 45 litrdir. Mühərrikin gücü isə 106 at gücünə malikdir. Maksimumal sürəti 178 km/saat-dır.

Ravon R3 2019, yol üçün lazım olan hər şeyin olduğu standart bir büdcə avtomobilidir.

Avtomobilin qiyməti

Sürətlər qutusu Mühərrik AZN
Ravon R3 1.5L 19 500 AZN