Ravon R2 2019 – münasib qiymətə kompakt “HATCHBACK”

Yeni kompakt hatchback şəhər xaricinə səyahət etmək, eləcə də şəhəriçi situasiyalarda məhdud şəraitli parkinq üçün çox əlverişli avtomobillər sırasına daxildir. O, yalnız zərif cinsin nümayəndələri arasında deyil, eyni zamanda kişi sürücülərin də böyük marağına səbəb olur.

Dəbli xarici dizayn, orta yanacaq sərfiyyatı və rahat salon – bütün bu keyfiyyətlər R2 modelinin doğru seçim olduğunu sübut edir. Avtomobil “rectyling”- dən sonra daha cəlbedici olub. Daha yaxşı təchiz edilib və ən kiçik elementlərə qədər düşünülüb.

Eksteryer

Böyük ön işıqlandırma və nəhəng radiator barmaqlıqları avtomobilin görünüşünü olduqca aqressiv və ciddi edir. Amma eyni zamanda R2 müsbət emosiyalar yaradan, incə dizayn mesajını verən bir avtomobildir.

İlk baxışdan avtomobilin üç qapılı olduğu düşünülsə də, əslində 5 qapıdan ibarət bir eksteryerə sahibdir. Burada qapı işləmələri gizlədilib və öz növbəsində siqnal işıqları ilə fənərlər əlavə edilib. R2 avtomobilinə beş sərnişin rahatlıqla yerləşə bilir.

Ravon R2 2019 ölçüləri aşağıdakılardır:

  • Uzunluğu 3 600 mm;
  • Eni – 1 597 mm;
  • Hündürlük – 1 522 mm;
  • Təkər bazası – 2 375 mm.
  • Ümumi çəkisi – 1,363 kq-dır.

İnteryer

Yeni Ravon R2 2019 parlaq bir interyerə malikdir. Avtomobilin qiymətinin baha olmaması, büdcə avtomobili olması maşının zəngin görünümünə təsir etməyib.

Daha bir diqqət çəkən məqam isə istehsalçının avadanlıqları , detalları və düymələri maksimum dərəcədə görünüşlü etməyə çalışmasıdır .

Ravon R2 kontrol paneli burada çox fərqli görünür. Sürətölçən mərkəzdə yerləşir və tahometr ayrı bir hissədədir. Bu həll olduqca uğurludur: çünki sürücünün gözü qarşısında həmişə sürət göstəriciləri var.

Mərkəz konsolu, rahat AUX çıxışı və bağlana biləcəyiniz USB konnektoru olan bir səs sistemi ilə təchiz olunmuşdur. Bununla da musiqidən rahat şəkildə zövq ala bilərsiniz. Avtomobil hətta bluetooth – simsiz rabitə sistemi ilə təchiz olunmuşdur.

Ravon R2 2019 -un idarəetmə qurğusunda rəqəmsal və analoq düymələri istifadə edilmişdir.

Əlavə olaraq ön oturacaqların, ön və arxa pəncərələrin və yan güzgülərin isidilməsi  funksiyası mövcuddur.

Texniki xüsusiyyətlər

Ravon R2 , 85 at gücünə və 1.2 litr benzinli mühərrikə malikdir. 4 pilləli sürətlər qutusundan ibarətdir. Bütün bu xüsusiyyətlər şəhər ətrafında rahat hərəkət üçün kifayətdir. Yanacaq çəninin tutumu 35 litrdir. Maksimum sürət saatda 161 km təşkil edir. Ekonom rejimi ilə fərqlənən R2 modelinin şəhəriçi sərfiyyatı 8.2 litr, magistral yol sərfiyyatı isə 5.1 litrdir.

Təhlükəsizlik sisteminə gəldikdə isə R2 avtomobili IIHS və Euro NCAP xüsusi qəza testlərindən keçərək çox yaxşı nəticələr əldə etmişdir. Bu testlərdə iştirak etmə təşəbbüsü  özü belə göstərir ki, özbək istehsalçısı təkcə Rusiyanı deyil, həm də Avropa bazarını fəth etməyə çalışır.

Avtomobilin qiyməti

Sürətlər qutusu Mühərrik AZN
Ravon R2 1.2L 19 000 AZN