Telemarketinq

Namizədə tələblər

  • Ali təhsil
  • İş stajı: minimum 1 il
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus dili bilgisi üstünlükdür.
  • MS Office biliklərə sahib olmaq
  • Yaş həddi: 21-35

İş barədə məlumat

  • Daxil olan telefon zənglərinə cavab verməli, öz səlahiyyətləri çərçivəsində sorğuları cavablandırmalı və ya telefon zənglərini müvafiq şəxslərə ünvanlamalı ;
  • Satışdan əvvəl və satış sonrası məlumat əldəetmə prosesinin icra edilməsi;
  • -Birbaşa marketinq çərçivəsində təqdimat fəaliyyətlərindən sonra işin davam etdirilməsi;
  • -Müştəri məlumatlarının toplanması və yenilənməsi;
  • İş saatı: 09:00-18:00.
  • İstirahət günü: Həftədə 1 gün
  • -Əmək haqqı 400-500 AZN

Müştəri xidmətləri üzrə mütəxəssis

Namizədə tələblər

 Ali təhsil

– İş stajı: minimum 1 il

– Dil bilikləri: Azərbaycan dili səlis, rus dili bilgisi üstünlükdür.

– MS Office biliklərə sahib olmaq

– Yaş həddi: 21-35

İş barədə məlumat

– Daxil olan telefon zənglərinə cavab verməli, öz səlahiyyətləri çərçivəsində sorğuları cavablandırmalı və ya telefon zənglərini müvafiq şəxslərə ünvanlamalı ;

– Şirkətin işgüzar profilini, fəaliyyət istiqamətlərini, daxili nizam-intizam qaydalarını bilməli;
– Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli;

– İş saatı: 09:00-18:00.

– İstirahət günü: Həftədə 1 gün

-Əmək haqqı  400-500 AZN

Marketing üzrə mütəxəssis

Namizədə tələblər

  • İş stajı: minimum 1 il
  • Yaş həddi: 23-28
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri;
  • Analiz və yüksək kommunikasiya keyfiyyətinə sahib olmaq,
  • MS Office –də yüksək təqdimetmə bacarığı.

Qeyd:  Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş barədə məlumat

  • Avtomobil bazarı haqqında mütəmadi analizlərin edilməsi və trendlərin izlənilməsi;
  • Rəqiblərin araşdırılması;
  • Brendin reklam işlərinin təşkili;
  • Media və təchizatçılarla işin idarə edilməsi;
  • Gündəlik marketing fəaliyyətləri hesabatlarının hazırlanması;
  • İş qrafiki 09:00-18:00
  • Həftədə 6 gün

Əmək haqqı: 600-700 azn

Call center operatoru

“Performance Center Co” MMC (Chevrolet Azərbaycan) Müştəri xidmətləri üzrə operator” vəzifəsinə vakansiya  elan edir.

Namizədə tələblər

  • Ali təhsil
  • İş stajı: minimum 1 il
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus dili bilgisi üstünlükdür.
  • MS Office biliklərə sahib olmaq
  • Yaş həddi: 21-30

İş barədə məlumat

  • Daxil olan telefon zənglərinə cavab verməli, öz səlahiyyətləri çərçivəsində sorğuları cavablandırmalı və ya telefon zənglərini müvafiq şəxslərə ünvanlamalı;
  • Şirkətin işgüzar profilini, fəaliyyət istiqamətlərini, daxili nizam-intizam qaydalarını bilməli;
  • Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli;
  • İş saatı: 09:00-18:00.
  • İstirahət günü: Həftədə 1 gün
  • Əmək haqqı  400-500 AZN

Satışı üzrə mütəxəssis

İş haqqında məlumat:

-Avtomobil bazarının təhlili, araşdırmaların və monitoringlərin aparılması;
-Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
-Avtomobillərin yüksək səviyyədə təqdim olunması, kampaniyalar, xidmətlər barədə geniş məlumat verilməsi;
-Alqı-satqı  müqavilə və sənədlərinin hazırlanması;
-Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi.

 

Namizədə qarşı tələblər:

-Ali təhsil
-Yaş: 23-35
-Azərbaycan və rus dillərində səlis danışıq;
-Satış üzrə 2 il iş təcrübəsinin,
-Təqdimat bacarığının olması;
-Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli,
-Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
– Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik namizədlərə üstünlük veriləcək ( Xanım namizədlər təlimatlandırılacaq )

Əlavə məlumatlar
-Həftədə 6 iş günü, saat 09:00-19:00

-Əmək haqqı 400-600 AZN

-Əlavə olaraq satışdan bonuslar 300-1000 AZN

Mexanik

“Performance Center Co” MMC (Chevrolet Azərbaycan)   “Mexanik”  vəzifəsinə vakansiya  elan edir.

Vəzifələr:

  • Müəssisədə avtomobillərin təmir xidmətinin təşkili;
  • Avtomobillərin təmiri və texniki baxışı ilə əlaqəli olan texnoloji avadanlıqların pasportlarına əsasən istismarı üzrə təlimatların tərtib edilməsi, onların  montajı, nizamlanması, sazlanması və qurulması;
  • Bu avadanlıqların istismarına nəzarət;
  • Servisə daxil olmuş avtomobillərin təmirə təhvili və təmirdən alınmasına nəzarət.

Tələblər:

  • Təhsil: Ali (bakalavr)
  • Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
  • Müəssisənin avtomobil əmək qanunvericiliyinin əsasları, əməyin mühafizəsinin qayda və normalarını bilmək;
  • Müəssisənin avtomobil avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, təyinatı və istismarı qaydaları haqda geniş məlumata malik olmaq.

      Əlavə məlumat:

  • İş günləri: həftədə 6 gün
  • İş saatı: 09:00-18:00

Yuxarıda qeyd edilən vəzifədə işləmək istəyən namizədlər, öz tərcümeyi-halını (CV)   hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Korporativ Xidmətlər üzrə Mütəxəssis

“Performance Center Co” MMC-nin Baş Ofisi üçün Korporativ Xidmətlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

İş haqqında məlumat:

  • Bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
  • Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi
  • Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək
  • Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi
  • Həftədə 6 iş günü, saat 09:00-18:00
  • Əmək haqqı: 600-1000 AZN

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • Yaş: 25-40
  • Azərbaycan,rus və ingilis dillərində səlis danışıq
  • Korporativ satış üzrə 2 il iş təcrübəsi
  • Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmaq
  • Təqdimat bacarığının olması
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 iyun 2017-ci il tarixindən gec olmamaq şərtilə Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Yalnız yuxarıdakı “Performance Center CV forması”na doldurulmuş CV-lərə baxılacaqdır.