CHEVROLET NIVA – ƏFSANƏVİ AVTOMOBİL Yenilənmiş Chevrolet NIVA avtomobilinin xarici görünüşü və interyerinin dizaynı BERTONE (İtaliya) dizayn atelyesi tərəfindən hazırlanıb.

Bununla belə yolsuzluq avtomobilinin həndəsi yerimə qabiliyyətinin bütün parametrləri – oxarası diferensialın bloklanması imkanı olmaqla daimi tam ötürücülük, yüksək klirens qorunub saxlanılıb.

Əsas dəyişikliklər xarici görünüş və interyerin ergonomika nöqteyi-nəzərindən yenilənməsi, reylinqlərin tətbiqi, salonun havalandırılmasının yaxşılaşdırılması, səs səviyyəsinin azaldılması və fənərlərin işıq texniki xüsusiyyətlərinin yaxşılaşdırılması olmuşdur.

AVTOMOBİLİN QİYMƏTİ

Model ili Sürətlər qutusu Mühərrik AZN
Niva LE 2019 Mexaniki 1.7 L 21 800
Niva LC 2019 Mexaniki 1.7 L 21 250
Niva GLC 2019 Mexaniki 1.7 L 23 500