T8 RƏNG SEÇİMLƏRİ

 Qara  Göy  Gümüşü  Ağ  Yaş Asfalt

Yeni dəb

T8 kompakt bir pick-up olmasına baxmayaraq, xarici görünüş cizgiləri avtomobili daha böyük tam idman üslublu pick-up görünüşü verir. İstər interyer, istərsə də eksteryerdə olan toxunuşlar avtomobilin yeni dəbə adaptasiya olduğunu tam şəkildə sübut edir.

Hər zaman yolsuzluq şəraitinə hazır ol

Relyef şəratindən asılı olmayaraq o, sizi yarı yolda qoymaz. T8 hər bir ərazidə sizə rahat yürüş imkanı təmin edəcəkdir. Güclü manevretmə qabiliyyətinə malik olan avtomobil, idarəetmə zamanı  sözün əsl mənasında “at oynatma” qabiliyyətinə malikdir.

Gücünü hiss et

Avtomobilin ən üstün cəhətlərindən biri də onun güclü və dözümlü olmasıdır. Bununla yanaşı, 2.0 L turbo dizel mühəriklə təmin olunması da yanacaq sərfiyyatı baxımından daha ekonom olmasını göstərir.

Ecazkar xarici görünüş

T8, sinfində öz xarici görünüşü ilə fərqlənən model olmaqla yanaşı, özündə idman üslubunu da cəmləmişdir. Avtomobildə xarici görünüşdə bir sıra dəyişiklər olmuşdur ki, bu da əsasən ön fənərlərin görünüşdə özünü əks etdirir.

Pickupda sedan rahatlığı

Pick-up avtomobillərində komfort barəsində sıxıntılar mövcud olsa da T8 modeli bu barədə sedan rahatlığını hiss etdirə biləcək komfortla insanların daha rahat yürüş hissi yaşamağına yardımçı olacaq.

Geniş və rahat salon

Geniş və rahat salona malik olan pick-up bu baxımdan öz sinfində rəqiblərindən fərqlənməklə yanaşı qiymət baxımından da fərq yaradır.

İnteryer

Müasir, dinamik və idman üslublu texnologiya və komfortu ilə birlikdə yeni T8, 5 nəfərlik rahat və geniş salona malik olmaqla səhayət etmək üçün çox uyğun avtomobildir.

Təhlükəsizlik sistemləri

  • Sürücünün, qabaq sərnişin və yan təhlükəsizlik yastıqları
  • İmmobilizer
  • Əyləc qüvvəsi paylama sistemi (EBD)
  • Dartma Nəzarət Sistemi (TCS)
  • Nəqliyyat vasitəsinin dinamikasına nəzarət sistemi (VDC)
  • Elektron Sabitliyə Nəzarət (ESC)
  • Təkər təzyiqinə nəzarət sistemi (TPMS)
  • Əyləci aşma sistemi (BOS)
  • Hill-Start Hold nəzarət sistemi (HHC)
  • ESC – dinamik sabitləşdirmə sistemi
  • Mərkəzi kilidin uzaqdan idarəedilməsi
  • Arxa qapılarda uşaqların təhlükəziliyi üçün blokirovka

Eksteryer

  • Arxa park radar sistemi
  • Ksenon Faralar
  • Arxa Led Faralar
  • Fara hündürlüyü tənzimlənməsi
  • Güc tənzimlənməsi ilə qapı güzgüləri
  • Dumanaleyhinə faralar
  • Qabaq fənərlərin tənzəmlənməsi
  • Arxa görüntü kamerası

Eksteryer

  • Arxa park radar sistemi
  • Ksenon Faralar
  • Arxa Led Faralar
  • Fara hündürlüyü tənzimlənməsi
  • Güc tənzimlənməsi ilə qapı güzgüləri
  • Dumanaleyhinə faralar
  • Qabaq fənərlərin tənzəmlənməsi
  • Arxa görüntü kamerası

8-Cİ NƏSİL PICK-UP AVTOMOBİLLƏRİ İLƏ EYNİ ÖLÇÜDƏDİR!

Yeni JAC T8 üçün ölçü çox vacibdir!

Cüt asqı qolu və yüksəkdə yerləşən arxa asqı

► Asfalt, qum, çınqıl. T8 ilə hər bir ərazidə yürüş zamanı ən üst səviyyəni yaşayacaqsınız.

► T8, istədiyiniz yerə gedərkən bütün ərazilərdə təhlükəsiz manevr etmənizi təmin edəcək.