HƏR SƏMTDƏ YENİ BİR MACƏRA TAPIN

Möhtəşəm xarici görünüşə malik Yeni Chevrolet Trax 2018, indi daha dinamik və cəlbedici görünür. Dar küçələrdə belə rahat hərəkət etmək imkanı verən Yeni Trax, idman üslubunu və çevik idarəetməni özündə cəmləşdirir. Eyni zamanda rahat interyer gündəlik səyahətlər üçün çox əlverişlidir. Apple CarPlay və Android Auto funksiyaları ilə isə hər bir səyahətiniz başdan-başa əyləncəyə çevriləcək .

NHTSA tərəfindən təhlükəsizliyə görə təqdim edilən 5 ulduz və mövcud müasir təhlükəsizlik texnologiyaları sayəsində, siz hər zaman qarşınıza çıxan maneələri dəf etməyə hazır olacaqsınız.

HƏYATINIZI SAHMANA SALMAQ ÜÇÜN DİZAYN EDİLİB

Trax bir sənət əsəri qədər əsrarəngiz görünüşə malikdir. Xromlaşdırılmış iki girişli radiator şəbəkəsi, geniş fənər dizaynı ilə inanılmaz ilkin təəssürat yaradır. Bundan başqa rahat interyer sizə, ailənizlə xoş vaxt keçirtmək üçün lazım olan sevimli əşyalarınızı özünüzlə daşımağa imkan verəcək.

QARŞIDA NƏ OLDUĞUNU GÖR
Gündüz işığı üçün nəzərdə tutulmuş LED siqnal fənərləri.

HƏRƏKƏT TƏRZİ
18 düymlük alüminium təkərlər.

HƏR ZAMAN YAXŞI GÖRÜN
Arxa LED fənərlər

MÜASİR RAHATLIQ

Düşünülərək dizayn edilən interyer dəbdəbəli olduğu qədər, həm də rahatdır. Əlvan tikişlərlə bəzədilən oturacaqlar ilk növbədə, mükəmməl xarici görünüşü tamamlayır. Sürücü və ön sərnişin oturacaqlarının qızdırılması ilə salondakı soyuq havanın necə aradan qalxdığının şahidi olacaqsınız.

HAKİM GÖRÜNÜŞ

Chevrolet-in ikili idarəetmə kabinəli klassik dizaynı,sürücünü bir çox vacib funksiyalarla təmin edən alətlər lövhəsi ilə tamamlanır.

ƏYLƏŞİN VƏ HƏZZ ALIN

Yumşaq toxunuşlu materiallar və qara rəngin zərif çalarları interyerdə xüsusi rahatlıq və əminlik hissi yaradır.

GENİŞ SALON

Geniş beş nəfərlik oturacaqlar sizə və sərnişinlərinizə özəl məkan bəxş edəcək.

GÜC MONİTORU

Alətlər lövhəsinin dizaynı və analoq spidometrli sürücü monitoru müasir görünüşü nümayiş etdirir. Sürücü Məlumat Mərkəzi sizi hər dörd təkər üçün təkərlərdəki təzyiq,
yağın istifadə müddəti, yanacağın səviyyəsi və digər məlumatlarla təmin edəcək.

AÇARLARLA VAXT İTİRMƏ

Açarsız daxil olma və İşəsalma funksiyası ilə səhərlər vaxtınıza qənaət etmiş olacaqsınız.

Apple CarPlay UYĞUNLUĞU

Apple CarPlay ilə siz Telefon, Musiqi, Xəritə və İsmarıclar daxil olmaqla, bəzi sevimli iPhone əlavələrini sadə və ağıllı şəkildə birbaşa avtomobilinizin ekranına
qoşa bilərsiniz. Siz hətta sevdiyiniz bəzi audio proqramlarınızla qarşılıqlı əlaqə yarada bilərsiniz.

ANDROID AUTO UYĞUNLUĞU

Siz Android Auto dəstəyi vasitəsilə, seçilmiş ağıllı telefon proqramları ilə sürətli və intuitiv şəkildə qarşılıqlı əlaqə yarada bilərsiniz. Bu sistem telefonunuzun bəzi uyğun Android əlavələrinidən istifadə etmək imkanı yaradır və onları mövcud Chevrolet MyLink ekranında sadə və ağıllı şəkildə əks etdirir.

DAHA ÇOX EHTİYAC DUYDUĞUNUZ ZAMAN GENİŞ MƏKAN

Trax sizə geniş məkan təklif edir. Qatlana bilən oturacaqlar sayəsində 2.4 metr uzunluqda olan əşyalarınızı rahatlıqla özünüzlə daşıya biləcəksiniz.

AŞAĞI ENDİRİN VƏ YÜKLƏYİN

Universallıq Trax-ın müasir dizaynının üstün cəhətidir. 60/40 nisbətdə aşağı qatlanan arxa oturacaqlar və tam şəkildə aşağı qatlanan ön sərnişin oturacaqları sayəsində, sərnişinləri və digər qiymətli yüklərinizi daşımaq üçün səkkiz müxtəlif konfiqurasiya imkanınız var.

AVTOMOBİLİN QİYMƏTİ

Model ili Sürətlər qutusu Mühərrik AZN
Trax Avtomatik 1.4 L 33 600
Trax Avtomatik 1.8 L 36 700