Geniş, rahat salonu, daim ünsiyyət yaratmaq üçün xəttdə olmağa imkan verən yüksək texnologiyası, güclü xüsusiyyətləri ilə ahəng yaradan ecazkar xarici görünüşü ilə təkrar olunmaz bir avtomobildir.

SUV-nin DNK-sı

Tam yeni Traverse, Chevrolet SUV-nin tanınan cizgiləri ilə yeni mükəmməl və alicənab bir görünüşə malikdir.

Chevrolet sizin üçün hara gedirsinizsə gedin, hər an xidmətinizdə olacaq etibarlı bir yardımçını, bütün ailə üçün ideal SUV (hər cür yolda, hətta kələ-kötür dağ yollarında da rahatlıqla sürülən avtomobil) avtomobili olan Traverse-i təqdim edir.

Chevrolet Traverse-in yeni geniş və eleqant salonu istər övladlarınızla, istərsə də iki nəfərlik romantik bir görüş üçün xoşagələn bir səyahət üçün lazım olan hər bir avadanlıqla təchiz edilmişdir.

Yük yerinin qapısının toxunmadan açılması funksiyası ilə yola düşmək daha da əlverişli olacaqdır.

İKİ KOMPLEKTASİYA

LT komplektasiyası rahat hərəkət üçün lazımi bütün avadanlıqlarla təchiz olunub, Premier komplektasiyası isə komfortun və təhlükəsizliyin ən müasir texnologiyasını təqdim edir.

  • Dəri oturacaqlar.
  • 8-dyümlü sensor ekrana malik naviqasiyalı MyLink multi media sistemi.
  • Bose akustik sistemi (10 dinamikli).
  • 360° ətrafa nəzarət kamerası.
  • Görüntülənən videonu ötürmə funksiyasına malik daxili güzgü.
  • Üçzonalı klimat-kontrol.
  • Radiatorun xromlu qəfəs şəbəkəsi.
  • İki seksiyalı lyuk.
  • Perforasiya edilmiş dəri ilə oturacaqların işlənməsi.
  • Ön oturacaqların ventilyasıyası.
  • Sükanın və ikinci sıra oturacaqların qızdırılması.
  • Sükanın, oturacaqların və güzgülərin tənzimlənməsinin yaddaş paketi.
  • Öndən gələn avtomobillə və ya piyada ilə toqquşma hallarının qarşısının alınması sistemi
Chevrolet Traverse

İDEAL RAHATLIQ

SmartSlide texnologiyası, üçüncü sıra oturacaqlara maksimum dərəcədə rahatlıqla keçmək məqsədilə, əyilmə və üfüqi vəziyyətdə, hətta quraşdırılmış uşaq oturacağı ilə birlikdə ikinci sıra oturacaqların optimal tənzimlənməsi üçün nəzərdə tutulub.

KOMFORT

Ön oturacaqların qızdırılması və ventilyasıyası Premier komplektasiyası üçün xarakterikdir. Ön oturacaqların qızdırılması və ventilyasıyası, sükanın qızdırılması və ikinci sıra oturacaqların qızdırılması istənilən temperaturda rahatlıq bəxş edir.

FUNKSİONAL

Salona açarsız giriş və mühərrikin düymə ilə işə salınması sizi çantanızda və ya cibinizdə açar axtarmaqdan azad edəcək. Bundan əlavə arxa qapının açılması ilə salonda unudulmuş əşyalarla bağlı xatırlatma xəbərdarlığı aktiv edilir.

GİZLİN YERLƏR

Şəxsi əşyalar və yük yığmaq üçün Traverse salonunun bağlı gizlin yerləri var.

Yük yerinin döşəməsində əlavə yük seksiyası var. Multimedia sisteminin ekranının üstündə əlavə gizli USB-port yeri var. Mərkəzi konsolun arxa hissəsində yerləşən gizlin hissə ikinci sıra sərnişinlərin xırda əşyalar saxlaması üçün idealdır.