Chevrolet Niva ilə Xızı səfəri

Yolların əfsanəsi!

Belə bir məsəl var, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Sizə Performance Center təmsilçisi olaraq Chevrolet Niva ilə keçirdiyimiz Xızı səfərindən danışmağa çalışacağam.

Əvvələ qayıdaq, noyabrın 11-indən öncə. Planımızda Xızı rayonuna, ordakı Dübrar dağına Forsaj Club ilə səfər etmək var idi. Avtomobil olaraq “Çətin yolların əfsanəsi” sloqanı ilə tanınan Chevrolet Nivanı seçib, nə dərəcədə çətin yollara bələd olduğunu yoxlamaq istədik.

Noyabrın 11-i yol üçün bütün ləvazimatlar götürüldü, komanda yola düzəldi. Altıağaca çatmamış Xızının isti təndir çörəyindən alıb, yolumuza davam etdik. Xızı rayonuna qədər olan yollar bizə nə qədər rahat gəlirdisə, ondan sonrakı yolun getdikcə çətinləşdiyini ilərlədikcə asanlıqla hiss edirdik. Asfaltla örtülü düz yollar artıq geridə qalmışdı.

Əvvəldən təyin olunmuş bir marşrut xəttini keçdikdən sonra çaylar və palçıqlı yollarla qarşılaşdıq. Dərin palçıqlar, bataqlıqlar, yarğanlar və s. əlbəttə ki, avtomobil üçün əsl sınaq idi. Bəzən asan, bəzən də çətin şəkildə bu yollardan keçildi. Əslində elə istədiyimiz də bu idi çünki çətin yolların sayəsində avtomobilin sözün əsl mənasında yolsuzluq üçün hazırlanmasının yavaş-yavaş şahidi olurduq. Dağın zirvəsinə doğru irəlilədikcə təzyiqin dəyişməsi də istər-istəməz avtomobili yormağa başlayırdı, amma yenə də öz performansıyla davam edirdi.

Komanda yarım saatlıq nahar fasiləsindən sonra yoluna davam etdi. Dübrar dağının zirvəsinə az qalmış avtomobil üçün daha bir çətin sınaq əlavə olunmuşdu. Əvvəl uzaqdan görülən qar, getdikcə yaxınlaşmasından anlayırdıq ki, zirvəyə yaxınlaşırıq. Qarla palçığın qarışığı yollardan ancaq qarlı yola keçid edən Əfsanə bu vəziyyətdən də istənilən kimi çıxdı və zirvəyə çatdı. Bakıda başlayan macəra, 2220 metr yüksəklikdə, Dübrar dağının zirvəsində yekunlaşmışdı. Chevrolet Niva öz missiyasını tam olaraq yerinə yetirdi, əvvəldən cızılmış xətt üzrə finişə çatdı və özünü tam şəkildə doğrultdu.

Son olaraq bu səfərin həyata keçməsi üçün dəstəyini əsirgəməyən Forsaj Club-a və onun təsisçisi Rəhim Qurbanova da təşəkkürümüzü bildiririk.