Chevrolet Azərbaycan, Aygün Kazımova ilə sponsorluq razılaşmasına imza atdı!

Hər zaman iddialı markalar üçün sponsorluqlar çox önəmli olmuşdur. İstər qlobalda, istərsə də Azərbaycanda öz marka iddiasını hər zaman öndə tutan Chevrolet, bu önəmliliyi yenidən vurğulamaq məqsədilə daha bir böyük sponsorluq üçün razılaşdı.

Son illərdə ölkəmizdə əhəmiyyətli tədbirlərin keçirilməsi, markalar üçün əslində bir fürsət rolunu oynayır. Biz də bu fürsətdən yararlanaraq istər avtomobil sektorunda, istərsə də qlobal və lokal markaların birgə əməkdaşlığı konseptində yeni bir cığır açmağa çalışdıq.

Hər iki tərəfin uzun müddətə dayanan əməkdaşlığı və peşəkarlığı sayəsində daha bir biznes yönümlü, keyfiyyətli partnyorluq örnəyi nümayiş olundu.

Yeni Chevrolet Trax avtomobilini tərəfdaşımız test edərək öz fikirlərini hər kəslə bölüşdü. Bundan sonra da bu sıx əməkdaşlıqların daima olacağını ümid edirik.