Escalade bir sıra xüsusi keyfiyyət və dəyərlərdən ibarətdir, bu səbəbdən də onu seçən sahibkarlar rəqibləri yanında həmişə fərqlənirlər və onun sahibləri digər premium minik və SUV avtomobillərinin alıcılarından daim bir addım öndə olurlar.

  • Cadillac Escalade avtomobil sənayesində bir sıçrayış simvoludur. Escalade – özündə güc, nüfuz və sonsuz funksionallığı birləşdirən premium sinfinə aid tam ölçülü SUV-dir. O, hər cür yollarda sürülməyə qadir bir avtomobildir.`
  • Escalade kəskin, güclü rəqabət üstünlüklərinə malikdir. Heç bir digər avtomobil öz sahibinə bu dərəcədə yüksək praktiklik, nüfuz, funksionallıq və üstünlüklər bəxş edə bilməz. Bu avtomobil öz sahibi haqqında aşağıdakıları söyləyən bir avtomobildir: «Mən bunu etdim.

EKSTERYERİN DİZAYNI

  • Escalade üçün ön hissənin dinamik dizaynı xarakterikdir. Bu dizayn əhatəli şəkildə rəsmləndirilmiş xrom örtüklü radiator qəfəs şəbəkəsi,  geniş imkanda funksionallığa malik əsas diodlu fənərlər və ətrafı şaquli olaraq “ülgüc” kimi kəsən işlək gündüz işıqları sayəsində əldə edilir.
  • Aerodinamika rasional səthlər, korpus elementlərinin sıx birləşməsi, radiator qəfəs şəbəkəsinin arxasındakı aerodinamik alışqan sarğaclar və ön spoyler vasitəsilə mükəmməlləşdirilir. Bu konstruktiv özəlliklər xarici görünüşü yaxşılaşdırır, yanacağa qənaətin artmasına və səs–küy səviyyəsinin azalmasına səbəb olur.
  • Escalade-nin arxa hissəsində yük yeri hissəsinin qapı hündürlüyü boyunca diodlu fənərlər yerləşdirilib.

Mən buna özüm nail oldum və mənim avtomobilim bugün mənim kim olmağımın inikasıdır, əksidir».

Escalade öz sahibinin fərdi özəlliyini və zövqünü əks etdirir, həm də eyni zamanda çox mükəmməl bir ailə maşınıdır. Bu avtomobil təhlükəsizliyi, dinamikliyi, funksionallığı və ən vacibi isə mükəmməl bir dəbdəbəni özündə birləşdirir. Escalade fəal və uğurlu insanlar və onların ailələrində rahatlıq ahəngi üçün yaradılıb.

İNTERYERİN DİZAYNI

  • Cadillac Escalade – nin yenidən işlənib hazırlanmış salonu öz zəngin funksionallığı, detalların yüksək bacarıqla təbii ağac, dəri və zamşa istifadə edilməklə incə çalarda işlənilməsi ilə insanı valeh edir.
  • Çox səviyyəli interyerin hamar, axan xəttləri və həmçinin mükəmməl dizaynla yığılmış oturacaqlar insanı ən yüksək, birinci səviyyəli bir sinfə aid ab-havaya, atmosferə aparır.
  • Sürücünün və ön hissədəki sərnişinin oturacağı perforasiya edilmiş dəlikli dəri ilə işlənmişdir və 18 istiqamətdə elektrik tənzimləyicisinə malikdir. Bu tənzimləmələrə oturacağın arxa hissəsinin əyilməsi və bel hissədəki dayağın 4 istiqamətdə tənzimlənməsi, həmçinin sürücünün oturacağında 3 növ masaj və sərnişinin oturacağında isə 2 növ masaj funksiyaları da daxildir.