JAC T8

JAC T8

Təhlükəsizlik
Star Star Star Star Star
Yanacaq sərfiyatı
9 l/km
Maksimal sürət
200 km/s
At gücü
139 h/p
Speed 200
Speed 43500AZN+
Speed 4 il və ya 120000 km

Yeni dəb

T8 kompakt bir pick-up olmasına baxmayaraq, xarici görünüş cizgiləri avtomobili daha böyük tam idman üslublu pick-up görünüşü verir. İstər interyer, istərsə də eksteryerdə olan toxunuşlar avtomobilin yeni dəbə adaptasiya olduğunu tam şəkildə sübut edir.

Hər zaman yolsuzluq şəraitinə hazır ol

Relyef şəratindən asılı olmayaraq o, sizi yarı yolda qoymaz. T8 hər bir ərazidə sizə rahat yürüş imkanı təmin edəcəkdir. Güclü manevretmə qabiliyyətinə malik olan avtomobil, idarəetmə zamanı  sözün əsl mənasında “at oynatma” qabiliyyətinə malikdir.

Gücünü hiss et

Avtomobilin ən üstün cəhətlərindən biri də onun güclü və dözümlü olmasıdır. Bununla yanaşı, 2.0 L turbo dizel mühəriklə təmin olunması da yanacaq sərfiyyatı baxımından daha ekonom olmasını göstərir.

Ecazkar xarici görünüş

T8, sinfində öz xarici görünüşü ilə fərqlənən model olmaqla yanaşı, özündə idman üslubunu daGücünü hiss et! cəmləmişdir. Avtomobildə xarici görünüşdə bir sıra dəyişiklər olmuşdur ki, bu da əsasən ön fənərlərin görünüşdə özünü əks etdirir.

 

Pickupda sedan rahatlığı

Pick-up avtomobillərində komfort barəsində sıxıntılar mövcud olsa da T8 modeli bu barədə sedan rahatlığını hiss etdirə biləcək komfortla insanların daha rahat yürüş hissi yaşamağına yardımçı olacaq.

Geniş və rahat salon

Geniş və rahat salona malik olan pick-up bu baxımdan öz sinfində rəqiblərindən fərqlənməklə yanaşı qiymət baxımından da fərq yaradır.

İnteryer

Müasir, dinamik və idman üslublu texnologiya və komfortu ilə birlikdə yeni T8, 5 nəfərlik rahat və geniş salona malik olmaqla səhayət etmək üçün çox uyğun avtomobildir.
 

Ölçüləri

 

Mexaniki
Uzunluğu / Eni / Hündürlüyü (mm) 5,315 x 1,880 x 1,830
Tam təchiz olunmuş kütləsi (kg) 3090
Klirens (mm) 210
Təkərin ölçüsü 265/ 60 R18

Mühərrik

 

HFC4GA3-4D
Həcmi / silindr sayı 1997/ 4
Yanacaq sərfi (şəhər içi /şəhərdən kənar/qarışıq) 10.5/ 8.5/ 9
Maksimal gücü (at gücü) 139 a.g
Maksimal sürət (km/s) 200
Yanacaq çəninin həcmi (l) 76

Transmissiya

 

 
Transmissiya növü Mexaniki Ötürücülər qutusu (LC6T32)

Təhlükəsizlik

 

 
Sürücünün və qabaq sərnişinin ön təhlükəsizlik yastıqları
İmmobilizer
Əyləc qüvvəsi paylama sistemi (EBD)
Dartma Nəzarət Sistemi (TCS)
Nəqliyyat vasitəsinin dinamikasına nəzarət sistemi (VDC)
Elektron Sabitliyə Nəzarət (ESC)
Təkər təzyiqinə nəzarət sistemi(TPMS)
Əyləci aşma sistemi (BOS)
Hill-Start Hold nəzarət sistemi (HHC)
Mərkəzi kilidin uzaqdan idarəedilməsi
Arxa qapılarda uşaqların təhlükəsizliyi üçün blokirovka

İnteryer

 

Mexaniki
Açarsız daxil olma (Keyless Go)
Start Stop
Dəri oturacaqlar 
Pəncərənin elektrik kilidləmə funksiyası 
Şüşənin avtomatik bağlanması üçün nəzarət sistemi 
Kondisioner
Elektrik tənzimlənən yan güzgülər qızdırıcı ilə
Qabaq və arxa elektrik şüşəqaldıranlar
Sürücü oturacağının 4, qabaq sərnişin oturacağının 2 istiqamətdə hündürlüyə nizamlanması
Teleskopik və hündürlüyə tənzimlənən sükan çarxı
Multimediya sistemi (Monitor)
Audio sistem: 4 dinamik, USB,  Bluetooth cihazlarının qoşulması üçün interfeys
Bort kompüter
Cruise control 
Audiosistemin  və bluetooth - un məsafə və sükandan idarəolunması
Ehtiyat təkəri və alətlər dəsti

Eksteryer

 

Mexaniki
Arxa park radar sistemi
Ksenon Farala
Arxa LED Faralar
Fara hündürlüyü tənzimlənməsi 
Duman əleyhinə faralar 
Qabaq fənərlərin tənzəmlənməsi
Arxa görüntü kamerası
360 dərəcə görüntü kamerası
QİYMƏT 43 500 AZN