İKİ KOMPLEKTASİYA
LT komplektasiyası rahat hərəkət üçün lazımi bütün avadanlıqlarla təchiz olunub, Premier komplektasiyası isə komfortun və təhlükəsizliyin ən müasir texnologiyasını təqdim edir.
İDEAL RAHATLIQ
SmartSlide texnologiyası, üçüncü sıra oturacaqlara maksimum dərəcədə rahatlıqla keçmək məqsədilə, əyilmə və üfüqi vəziyyətdə, hətta quraşdırılmış uşaq oturacağı ilə birlikdə ikinci sıra oturacaqların optimal tənzimlənməsi üçün nəzərdə tutulub.
KOMFORT
Ön oturacaqların qızdırılması və ventilyasıyası Premier komplektasiyası üçün xarakterikdir. Ön oturacaqların qızdırılması və ventilyasıyası, sükanın qızdırılması və ikinci sıra oturacaqların qızdırılması istənilən temperaturda rahatlıq bəxş edir.
FUNKSİONAL
Salona açarsız giriş və mühərrikin düymə ilə işə salınması sizi çantanızda və ya cibinizdə açar axtarmaqdan azad edəcək. Bundan əlavə arxa qapının açılması ilə salonda unudulmuş əşyalarla bağlı xatırlatma xəbərdarlığı aktiv edilir.