Avtomobil üzrə mütəxəssis deyiləndə ilk ağıla gələn ad: Elçin Abbasov

Elçin Abbasov

Söz verdiyimiz kimi Performance Center Servis mərkəzlərinin peşəkar heyyəti ilə sizi yaxından tanış etməyə davam edirik. Bu dəfəki, müsahibimizi təqdim etmək bizə bir o qədər də çətin olmayacaq. Çünki respublikada Avtomobil üzrə mütəxəssis deyən zaman ağıla ilk gələn insan məhz odur.

Böyük ehtimal bir çoxlarınız onu Radio kanallarındakı aparıcılıq fəaliyyətindən, bəziləriniz televiziya efirindən, aktiv şəkildə etdiyi eksprimentlərdən tanıyırsınız, bir qism izləyiciləri isə onu sağlam həyat tərzi ilə aktiv fəaliyyəti və örnək davranışları ilə tanıyır… Biz sizə bu dəfə Elçin Abbasovu bir az daha yaxından tanış edəcəyik…

1963 cü ilin sərin oktyabr ayında, Azərbaycanın ən şirin ləhçəsi deyəndə ilk ağıla gələn Şəki şəhərində, müsahibimizin dili ilə desək “öz istəyi ilə” dünyaya göz açan Abbasov Elçin Qüdrət oğlu birinci sinifə Bakı şəhərində getdikdən düz 10 il sonra məktəbi bitirərək 1980-ci ildə Azərbaycan Politexnik Universitetinə daxil olub.

AzərElektroterm istehsalat birliyində 5 il mühəndis – layihəçı vəzifəsində çalışaqraq bir neçə avadanlıq layihələndirmişdir. Sonra, ötən əsrin 90-cı illərindən etibarən dəniz vağzalında, Azərbaycana gətirilən ilk xarici avtomobillərin təmiri ilə məşğul olub. 1997-ci ildən Performance Center Servis Mərkəzinin layihəsinin hazırlanması mərhələsindən başlayaraq, mərkəzinin ölkənin ən qabaqcıl servis mərkəzlərindən biri olmasında yaxından iştirak etmişdir.

Onu həm də Azərbaycandakı texnoloji İLKLƏRİN təşəbbüskarı kimi də qiymətləndirmək olar.

Performance Center Servis mərkəzlərinin texniki məsləhətçisi Elçin Abbasovun sayəsində Azərbaycanda saysız-hesabsız texniki yeniliklərə imza atılıb.

  • Azərbaycanda komputerlə diaqnostikanı ilk dəfə həyata keçirib
  • Azərbaycanda ilk dəfə diaqnostika üçün avadanlığı və onun proqram təminatını hazırlayıb.
  • Türkiyədə GM akademiyanın təlimlərində 1-ci olub.
  • Perfromance Center-in dəstəyi ilə Almaniya, Macarıstan, Ukraina kimi ölkələrdə beynəlxalq avtomobil markalarının texniki təlim kusrlarında iştirak edib.
  • Ölkədə 100-dən çox mütəxəssisin yetişməsində iştirak edib.
  • Texniki Universitetdə, Qafqaz Universitetində, Bakı Ali Neft Məktəbində, Azərbaycan Diplomatiya Akademiyasında müxtəlif vatlarda dəfələrlə “Maraq sərgi”-ləri təşkil edib.
  • Ölkədə yeganə texniki yaradıcılıq mərkəzi olan “Badamdar klubu”-nun yaradıcısıdır.
  • Azərbaycanda radiomodelizm qrupunun rəhbəridir.
  • Radioda ilk avtomobilərə normal texniki xidməti təbliğ edən verliş yaradıb 10 ildən çoxdur ki, Radioda aparıcı və xüsusi qonaq qismində marifləndirilmə və məsləhətlərin verilməsi ilə önəmli missiya daşımaqdadır.
  • İlk və yeganə avtomobil terminləri lüğətinin hazırlanması, müzakirəsi və çapının təşkilidə yaxından iştirak etmişdir.
  • Hal hazırda respublikada ilk şəxsi elmi-texniki müzeyin açılışına hazırlaşır.

Və daha saymaqla tükənməyəcək aktiv fəaliyyət növləri ilə də yaxından məşquldur.

22 ildir Performance-Center Servis mərkəzində çalışan Elçin Abbasovun sürücülərə məsləhəti:

Avtomobilinizin istismar kitabını oxuyun