DownloadFind_AZ

KOMPAKT KROSSOVER ÇEVİKLİYİ VƏ RAHAT İDARƏETMƏ İLƏ MPV

Orlando sizin istədiyiniz hər şeyə çevrilə bilər: 7 nəfərlik oturacaqlar bu o deməkdir ki, siz futbol komandasını gələn oyuna apara bilərsiniz. Çoxsaylı oturacaq seçənəkləri böyük əşyalarınızı istədiyiniz məkana apara bilmək üçün sizə rahat istifadə imkanı verəcək. Mükəmməl asan istifadə olunan avtomobil istəyirsiniz? Bəli, əlbəttə. Orlando həmçinin cəsur yolsuzluq avtomobili görünüşlü dizayna malik olmaqla, mükəmməl idarəetmə və sizin sevəcəyiniz bir çox ağıllı texnologiyalara sahibdir. Orlando-nu burada kəşf edin.

AĞILLI TEXNOLOGİYA

Siz Orlando avtomobilində olan ağıllı texnologiyanı sevəcəksiniz. Xüsusilə də smart telefonunuzla işləyən – arxa park görüntü kamerası daxil olmaqla sizə çoxlu əla faydalar verən Chevrolet MyLink, məlumat əyləncə sistemini.

FÜSUNKAR XARİCİ GÖRÜNÜŞ

 

Orlando valehedici dərəcədə fərqlidir. O bütün düzgün əsaslarla seçilən avtomobildir. O, çevik və çox funksiyalı sərnişin daşıma qabiliyyətinə malik olmaqla yanaşı, geniş, idmansayağı xarakteri, sürücü oturacağının qalxmış vəziyyəti və güclü görünüşü bütün yolsuzluq avtomobilinin xüsusiyyətini özündə daşıyır.

Onun bir neçə cazibəli kuzov rəngləri mövcuddur. Yüngül lehimli təkər diskləri LT Plus və LTZ versiyaların standart təchizatına daxildir.

ÜSLUBLU, ÇEVIK İNTERYER

Orlando-nun salonu xarici görünüşü kimi üsluba sahibdir. Avtomobilin Corvette – üslubunda iki hissəyə bölünmüş kabinası və haşiyələnmiş panel görüntülü şəkillərə aşağıda nəzər yetirin.

Biz bilirik ki, fərqlilik sizin üçün önəmlidir. Sizin dostlarınız, əşyalarınız, itləriniz və ya qolf çantalarınız üçün geniş məkana ehtiyacınız var. Orlando bunu mümkün edir. O, həqiqətən dərhal sizin istədiyinizə çevrilir, çünki oturacaqlar əziyyətsiz qatlana bilir. Həmçinin ön sərnişin oturacağını qatlayarkən 2.6 m uzunluğunda əşyalarınızı daşıya bilərsiniz.

Sizin əşyalarınızı yerləşdirmək üçün məkana ehtiyacınız var. Beləliklə, avtomobildə gözlədiyiniz çoxlu sayda fincan tutacaqları və siniləri, həmçinin gizli bölümlər də mövcuddur. Smart telefonunuzu Chevrolet MyLink sisteminə qoşun və sonra isə onu gözdən uzaq məkana yerləşdirin.

Və siz rahat olmaq istəyirsiniz. Sürücü rahatlığından başlayaraq, siferblatlar və idarəetmə elementləri sükan çarxında və ya qabaq paneldə tamamilə intuitiv yerləşmişdir. Siferblatlar və alətlər aydın işıqlandırılmışdır. Sərnişinləriniz qızdırılan ikinci sıra oturacaqlarından (standart olaraq LTZ Plus-da), ayaq və bədən üçün genişlikdən də yararlanacaqlar.

 

QABAQCIL TƏHLÜKƏSİZLİK XÜSUSİYYƏTLƏRİ

Avtomobilinizdə əyləşən sərnişinlərin təhlükəsizliyi sizin üçün son dərəcə əhəmiyyətlidir. Orlando bütün standart xüsusiyyətlərə malik olmaqla NCAP təhlükəsizlik reytinqində «5 ulduz»-a layiq görülmüşdür:
6 təhlükəsizlik yastığı, uşaq avtomobil kürsülərinin quraşdırılması üçün ISOFIX dayaqları, enerji hopduran karkası sizin qəza vaxtı müdafiənizi təmin edəcək.

Elektron sabitləşdirici sistem (ESC), şin balansına nəzarət sistemi və görünməyən zonanın təhlükə xəbərdarlığı (yolda zolağı dəyişən zaman- seçim olaraq LTZ təchizatında) sizə qəzanın qarşısını almağa kömək edəcək.

ARZU ETDİYİNİZ İSTİSMAR XÜSUSİYYƏTLƏRİ

Onu qeyd etməliyik ki, Orlando kompakt avtomobil kimi krossover idarəetmə xüsusiyyətinə malikdir. O, yolda cəld, dinamik, möhkəm, nəzərə çarpan dərəcədə maili cizgili və hamar görünüşə malikdir.

Bu dinamik gedişi qənaətli mühərriklər təmin edir. Start/stop texnologiyalı 1.4L turbo benzin mühərrikindən tutmuş, 2.0L dizel mühərrikinə qədər Orlando modelləri həm mexaniki həm də avtomat sürət ötürmə qutusuna malikdir.

Mühərriklərin tam siyahısı Orlando texniki xüsusiyyətləri səhifəsində.