Sənin yeni “Best Friend”-in və ya Sənin yeni ən yaxın dostun.

Yeni Chevrolet Aveo, füsnkar görünüşündən əlavə Sizə etibarlı təhlükəsizlik, innovativ texnologiyalar və etibarlı mühərrik təklif edir. Yeni AVEO ilə dünyanı fəth etmək vaxtıdır.

EKSTERYER

Tam yeni Chevrolet Aveo həm gecə, həm də gündüz idarəetmə zamanı Sizə heyrətamiz hisslər yaşadacaq. Ona hər tərəfdən nəzər yetirin.

Yeni Chevrolet AVEO ecazkar tərzdə məhz Sizin üçün yaradılıb. Model, özündə tam yeni Chevrolet Cruze, Trax və Captiva modellərinin cizgilərini cəmləşdirib.

Chevrolet Aveo 2017

Aveonun ön hissəsindəki dəyişikliklər – radiator barmaqlıqları və diod faralar yenilənmiş dizayndan xəbər verir.

Tərzinizin artıq heç bir önəmi yoxdur, yeni Chevrolet Aveo sizə özünüz olmaq imkanını verir…

Düşündüyünüzdən daha çox geniş.

60/40 qatlanan arxa oturacaqlar sizə yük yerini daha da genişləndirmək imkanı verir.

Yeni Chevrolet Aveo-da yükünüzdən asılı olaraq baqajın genişliyini özünüz tənzimləyə bilərsiniz.

İşıqlandırma sisteminin avtomatik idarə olunması*
Cruise Control *

*LTZ təchizatında

DAİM ƏLAQƏDƏ

Chevrolet Mylink texnologiyası sayəsinə istənilən səfəri daha asan və rahat edə bilərsiniz. Android və İOS əməliyyat sistemlərini dəstəkləyən Chevrolet Mylink texnologiyasından həzz alın.

Daima telefondan istifadə etməyi sevirsiniz?! Apple CarPlayТМ köməyi ilə artıq avtomobildə online ola bilərsiniz. 7 düymlük sensor displeydə siz Iphone ilə zəng edə, Apple MusicТМ vasitəsi ilə musiqiyə qulaq asa və xəritədən istifadə edə bilərsiniz.

Və ya Android əməliyyat sisteminin istifadəçisiniz o zaman, Android AutoТМ– dən istifadə edərək uyğun bir smartfonu qoşub müxtəlif proqramlardan, təqvimdən, musiqi siyahısından və Google Maps naviqasiya sistemindən istifadə edə bilərsiniz.

İphone istifadəcilərinə isə Siri Eyes Free funksiyası əlləri sükandan ayırmadan daim əlaqədə qalmaq imkanı verir. Bu isə daim təhlükəsiz və rahat səyahət deməkdir.

*Apple CarPlayТМ və Android AutoТМ funksiyalarının işləməsi smartfona yazılmış proqramdan asılı ola bilər.

TƏHLÜKƏSİZLİK

Yeni Aveo-nun baza təchizatında sizin təhlükəsizliyinizi təmin edəcək bir çox funksiya var.

  • Sürücü və qabaq sərnişin üçün təhlükəsizlik yastıqları.
  • Sürücü və qabaq sərnişinin yan təhlükəsizlik yastıqları *
  • 1 və 2 sıra oturacaqların təhlükəsizliyi üçün pərdələr *
  • ABS – Bloklama əleyhinə sistem
  • EBD – Əyləc gücünün paylanması
  • Gündüz hərəkət işıqları (LED)
  • Uşaq oturacağı üçün ISOFIX bərkidilmə sistemi

MÜHƏRRİK VƏ  TRANSMİSSİYA

Yeni Chevrolet Aveo-nun əsas özəlliklərindən biri, 2 nəsil 6 pilləli transmisiya ilə təchiz olunmağıdır.

Ötürmələrin səssiz və 40% qədər sürətli keçidi
Yanacaq sərfiyatının daha da azalması (VFS) elektronik sistemi
sayəsində
Qısa zamanda sürətlənmə

Sürətli idarəetmə üçün ötürücülər qutusunu “+/-” ilə idarə edə bilərsiniz.