UNİVERSAL KUZOVLU ÜSLUB

Yetərincə üsluba malik avtomobil axtarırısınız? Ailənizin aktiv həyat tərzi üçün geniş sərnişin və tutumlu yük yeri istəyirsiniz? Üstəgəl yüksək istismar xüsusiyyətlərinə malik mühərrik seçimləri? Qabaqcıl təhlükəsizlik funksiyaları? İnnovativ məlumat-əyləncə versiyalarına malik olsun? Çox axtarmağa ehtiyac yoxdur.

Dünyada 2 milyondan artıq Cruze modelləri satılmışdır. Bu qədər məhşur olma səbəbini Siz də müəyyənləşdirin.

Find_AZ

SIRF İDMANSAYAĞİ DİZAYN

Cruze universal avtomobili bir qayda olaraq ani cəlbediciliyə malikdir.
Ön şüşənin güclü mailliyi, Chevrolet imzası olan ikiqat radiator şəbəkəsi, aerodinamik profil və minimal kuzov asqısı təmiz və atletik görünüş yaradaraq Sizin ona qarşı laqeyd olmamağınızın səbəbinə çevrilir. Xromlu elementlər və uzunsov kompozit qabaq fənərlər və damın əyri xətti…

Bütün bunlar avtomobilə hamar, sabit və özünəməxsus görüntü verir.

GENİŞ İNTERYER

Universal Cruze avtomobili mükəmməl sərnişin rahatlığı həmçinin geniş yük yeri ilə təmin olunmuşdur.

Əslində, ümumi yük yerinin tutumu 1478 litr təşkil edir. Ailənizin düşərgə çadırları, velosipedlər və başqa idman ləvazimatları üçün kifayət qədər geniş məkandır. Daha əlavə yük üçün arxa oturacaqları tam və ya hissə-hissə qatlaya bilərsiniz.

MÜKƏMMƏL ÜSLUBLU İNTERYER

 

Cruze avtomobilinin Corvette – üslubunda ikiqat kokpiti ancaq bir neçə ailəvi avtomobillərində olan üslub hissini bəxş edəcəkdir. Effektli cihazlar paneli qabarıq mərkəzi konsolla birlikdə ideal vəhdət yaradır.

Xromlu haşıyələrlə siferblatlar, düymələr və idarəetmə linqləri işıq diodlarla (LED) təchiz olunub. Dörd istiqamətdə tənzimlənən qabaq oturacaqlarının üzlüyündə çoxillik istismar müddətində formanın saxlanmasına zəmanət verən yüksək keyfiyyətli fransız tikişindən istifadə olunur.

Bütün bu zəriflik ağıllı texnologiya, o cümlədən eko-məlumatlı sürücü komputeri ilə ahənglik yaradır.

MÜKƏMMƏL İSTİSMAR XÜSUSİYYƏTİ İLƏ AZ YANACAQ SƏRFİ

Universal Cruze avtomobilinizin mühərrikini işə salanda 1.4 litrdən 2.0 litrədək 6 yüksək-istismar xüsusiyyətinə malik benzin və dizel yanacağı ilə işləyən mühərrikdən birini seçmək imkanınız olacaq.

Yanacaq sərfini və emissiyaları daha da azaltmaq üçün bir çox mühərriklər start/stop texnologiyası ilə təchiz olunmuşdur. Almaniyanın Nuerburgring yarış trekində nizamlanmış qabaqcıl asqı sistemi avtomobilin inamlı, cavabdeh idarəetmə imkanlarına malik olduğunu müəyyən etməyə yardım edir.

YÜKSƏK KEYFİYYƏT, RAHAT İNTERYER

 

 

Səyahətiniz zamanı bir çox əşyalarınızı yerləşdirə biləcəyiniz yerlər də vardır, o cümlədən:

  • Xırda əşyalar və qəpiklər üçün və eyni zamanda aux-in və USB portlarının da daxil olduğu taxça
    daxili bölməyə malik arxa qoltuqaltı
  • Arxa və ön qapılarda həmçinin ön oturacaqların arxasındakı şüşə və xəritə üçün bölmələr.

CRUZE TƏHLÜKƏSİZ AVTOMOBİLDİR

14CH_Cruze_SW_LTZ_LHD_interior_648x316

Qəza zamanı 6 standart təhlükəsizlik yastıqları, dartıcı ilə təhlükəsizlik kəmərləri və enerji hopduran qabaq və arxa deformasiya zonaları, zərbəni qəbul edən dəmir borulu qəfəs Sizin təhlükəsizliyinizi qorumaq üçün quraşdırılıb.

Təbii ki, biz qəzaların baş verməsini heç də istəmirik; bunun üçün Cruze avtomobilində dərin təsir bağışlayan təhlükəsizlik opsiyaları mövcuddur, buna aşağıdakılar daxildir:

  • Əyləc verməyə nəzarət üçün – bloklama əleyhinə əyləc sistemi (ABS) və elektron əyləcləmə güclərininin bölüşdürülməsi sistemi (EBD)
  • Dartma və stabilliyi saxlamaq üçün yerində fırlanma əleyhinə sistem (TCS) və sabitləşdirici sistem (ESC)
  • Yolda zolağı dəyişən zaman görünməyən zonanın təhlükə xəbərdarlığı
  • Şin təzyiqinə nəzarət sistemi
    Bütün qeyd olunan göstəricilər və bundan daha artığı Cruze avtomobilinə NCAP təhlükəsizlik reytinqində «5 ulduz»qazandırmışdır.