İRADƏLİ AVTOMOBİL

Chevrolet Cobalt — bu, özünə güvənən və həyatın yollarında yeni döngələrdən qorxmayanlar üçün avtomobildir. Öz sözünün üstündə duran, həmişə kömək etməyə hazır olan və etibarı hər şeydən üstün tutanlar üçündür.

Find_AZ

CHEVROLET COBALT-DA HƏR ŞEY NƏZƏRƏ ALINIB…

Chevrolet Cobalt—böyük ailə üçün ideal avtomobildir. Xarici ölçülərinə və daxili tutumuna görə o, sürücü və sərnişinlərinə əlavə rahatlıq yaradan tutumlu avtomobillərdən biridir. Bundan əlavə Chevrolet Cobalt öz sinfində ən böyük yük yeri ilə öyünə bilər.
Əgər sizin yükünüz, onun üçün ayrılan yerə yerləşmirsə, sərnişinlər üçün ayrılan yeri tutursa, səyahətdən zövq almaq çətinləşir. Chevrolet Cobalt-la bunun heç bir təhlükəsi yoxdur, çünki o,seqmentdə ən geniş yük yerinə malikdir – 545 litr. Oraya sizin ailəyə lazım olan hər şey yerləşəcək və artıq yer də qalacaq! Bundan əlavə yığılan arxa oturacaqlar uzun yükləri daşımağa imkan verir.
Chevrolet Cobalt-ın güclü mühərriki və 6-pilləli avtomatik ötürmələrqutusu sərnişinlərin sayından və yükün ağırlığından asılı olmayaraq rahat və dinamik səyahəti təmin edir.

 

XARİCİ GÖRÜNÜŞ

Chevrolet Cobalt –ın xarici görünüşü hər bir detalına qədər düşünülüb. Yan güzgülər arxa hissəni geniş səkildə görməyə imkan verir, arxa şüşəyə quraşdırılmlş qızdırıcı, hətta güclü şaxtada belə buzu əritməyə qadirdir. Duman əleyhinə işıqlar ən pis havada yolu göstərəcəklər. Ön və arxa elektrik şüşəqaldıranlar sayəsində istənilən şüşəni bir neçə saniyəyə qaldırıb-salmaq olar – düyməni bir dəfə basmaq kifayətdir. Mükəmməl xarici ölçülər geniş salonu və əla tutumlu yük yerini gizlədir. Dəbli 15-düymlük yüngül lehimli disklər və arxa bamperdəki xromlanmış tökmələr Chevrolet Cobalt-ın dizaynını effektlə tamamlayır.
Chevrolet Cobalt-ın bütün lazımlı funksiyalarının və əla xassələrinin optimal praktik birləşmələri onu ailəniz üçün ideal bir avtomobil, əvəzolunmaz yoldaş və hər hansı bir məsafədə, hər hansı bir səfərdə etibarlı köməkçi edir.

USB GİRİŞ

 

Hara getməyinizdən asılı olmayaraq, sevimli musiqinizi hər yerdə dinləyin! Sadəcə olaraq öz pleyerinizi və ya çıxarıla bilən daşıyıcınızı USB portuna birləşdirin və öz sevimli ifaçılarınızın yaradıcılığından həzz alın.

 

 

Ailənizin avtomobili olan Chevrolet Cobalt-ın salonunda beş böyük adam rahatlıqla yerləşə bilər. İdarəetmə hissələri sürücü və sərnişinlər üçün maksimal dərəcədə rahat şəkildə yerləşdirilib. Hər şey hər bir ailəvi səyahətin xoş və əyləncəli olması üçün yaradılıb. Avtomobil, arxada oturan sərnişinlər üçün nəzərdə tutulan əlavə hava ötürücülərlə təhciz olunmuşdur ki, bu da ən sərt qış və yay aylarında salonda rahat iqlim şəraiti yaratmağa imkan verir. Çox sayda faydalı qurğular sizə və sizin yaxınlarınıza özlərini evlərindəki kimi hiss etməyə imkan verir. Hətta sizə rahat olsun deyə işıqlandırma intensivliyi də tənzimlənir.

HƏRƏKƏT KEYFİYYƏTLƏRİ

Hərəkət zamanı harmoniya və rahatlıq birinci növbədə mühərrikin və transmissiyanın sahmanlaşdırılmış işindən aslıdır. 6 pilləli ötürmələr qutusu isə mühərrikin imkanlarından daha səmərəli istifadə etməyə imkan yaradır: tez sürətləndirmə və yanacağa qənaət – bu cür gücü siz mühərrikin daha az fırlanmasından da ala bilərsiniz.

6 pilləli avtomatik ötürmələr qutusu (AKPP-6) – LTZ variantında əldə etmək olar (və LT təchizatlarından birində) – bu öz qiymət sistemində nadir təklifdir. 6 ötürmə tez ötürücü ilə birlikdə mühərrikin dinamikası və qənaətliliyi, sürət rejiminin optimal seçilməsi kimi üstünlüklərlə təmin edir.

MÜHƏRRİK

Güclü 16-klapanlı, 1,5 l tutumu olan benzin mühərriki idarəetmə zamanı zövq və praktikliyi özündə birləşdirir: o, asan işə düşür, dinamikdir və eyni zamanda aşağı yanacaq sərfi və səs-küy səviyyəsi olmaqla böyük güclə təmin edir.lüklərlə təmin edir.

TƏHLÜKƏSİZLİK

Bütün səfər zamanı sizin və sərnişinlərin təhlükəsizliyindən vacib heç nə yoxdur.
Ailənizin avtomobili Chevrolet Cobalt -vahid təhlükəsizlik sistemi kompleksidir. Məhz buna görə də gövdənin quruluşunda toqquşma halında sərnişinləri və əsas qovşaqları qoruyan proqramlaşdırılmış deformasiya zonaları nəzərdə tutulub.
Həmçinin, standart dəstə ABS sistemi və təhlükəsizlik yastığı daxildir. Bundan əlavə siz salonda ISOFIX tipli uşaq oturacağını yerləşdirmək üçün xüsusi qurğu tapa ilərsiniz.

Təhlükəsizlikdə güzəştə getməzlər, onun üçün də siz Chevrolet Cobalt-a əmin ola bilərsiniz!