aveo1

YAŞAM ÜÇÜN HAZIR OLAN İDMAN ÜSLUBLU HEÇBEK

Kiçik heçbeklərə gəldikdə, Chevrolet Aveo avtomobilinə etinasız yanaşmaq çox çətindir: mükəmməl yanacaq qənaəti, praktiklik və əlbəttə ki, Euro NCAP təhlükəsizlik reytinqində 5 ulduz sayəsində eleqant, ağılla işlənmiş görünüş, idmansayağı idarəetmə. Pulunuz müqabilində bir avtomobildən ala biləcəyiniz çox şey alırsınız, çünki o, heç bir güzəştə getməyən kiçik avtomobildir. Onu burada kəşf edin.

Find_AZ

GENİŞ, YÜKSƏK KEYFİYYƏTLİ İNTERYER

İstənilən Aveo avtomobilinin qapısını açın və Siz dərhal gözəlliyi qiymətləndirəcəksiniz.
Bu avtomobildə, Sizin avtomobildən gözlədiyiniz bütün cəhətlər öz əksini tapıb: fərqli və həmçinin praktik üslub, rahat əşya bölümləri, genişlik və ən əsası yüksək səviyyədə standart avadanlıq.

Və sonra, arxa parklama kamerasının da daxil olduğu Chevrolet MyLink innovativ məlumat-əyləncə sistemi var. MyLink standart LTZ təchizatlarında, LT versiyaları üçün isə opsiya kimi əldə etmək olar.

YANACAĞI DÜŞÜNMƏDƏN İDARƏETMƏDƏN ZÖVQ ALIN

 

 

Mükəmməl istismar xüsusiyyəti və yanacağa qənaət adətən bir-birinə zidd anlayışlardır.

Lakin buna nail olmaqla Aveo mühərrikinin layihəsini yönləndirən əsas hədəf idi. Və biz bilirik ki, bunlar sizin üçün mühüm amillərdir.
2 benzin mühərriki mövcuddur: 1.4L manual transmisiya sadəcə 136 q/km CO2 emissiya buraxaraq, 100 km-ə 5.7 litr yanacaq sərf edir. Mühərrik haqda daha çox informasiya Aveo texniki xüsusiyyətləri səhifəsində.

İDARƏETMƏDƏN ZÖVQ ALIN ƏSL ŞƏHƏR PERFORMANSI

Sizin təhlükəsizliyinizi ciddi qəbul etdiyimizi bizdən gözləyirsiniz. Biz belə də edirik. LT və LTZ təchizatlı bəzi Aveo modelləri 6 təhlükəsizlik yastığı ilə təqdim olunur. 4-kanallı bloklama əleyhinə sistem (ABS) və uşaq kürsülərinin quraşdırılması üçün ISOFIX dayaqları bütün Aveo modelləri üçün standart təchizatdır.
Aveo-nun sərt polad banı təkcə idarəetmədən zövq almaq üçün deyil, o, həmçinin ən yüksək təhlükəsizlik səviyyəsinin aparıcı təminatçısıdır: qəza zamanı avtomobilin damı onun öz çəkisindən 4,2 iki dəfə ağır yükə dözə bilər. Kuzovun hazırlandığı sərt polad salonda əyləşən sərnişinlərin zədəsiz və sağlam qalması üçün nəzərdə tutulub
Follow-me-home fənərləri
Evə qaranlıqda qayıtıqda, “Follow-Me-Home” sistemi Sizin qapınıza gedən yolu ardınızca işıqlandırdıqdan sonra avtomatik olaraq fənərləri söndürəcək.

 

 

 

Follow-me-home faraları

Evə qaranlıqda qayıtıqda, “Follow-Me-Home” sistemi Sizin qapınıza gedən yolu ardınızca işıqlandırdıqdan sonra avtomatik olaraq faraları söndürəcək