aveo1AĞILLA İŞLƏNMİŞ KİÇİK SEDAN

4 qapılı Chevrolet Aveo avtomobili Chevrolet-dən gözlədiyiniz bütün üstün keyfiyyətlərə malikdir: mükəmməl yanacaq qənaəti, praktiklik və əlbəttə ki, Euro NCAP təhlükəsizlik reytinqində 5 ulduz sayəsində eleqant, ağılla işlənmiş görünüş, idmansayağı idarəetmə. Pulunuz müqabilində  bir avtomobildən ala biləcəyiniz çox şey alırsınız, çünki o, heç bir güzəştə getməyən kiçik avtomobildir. Onu burada kəşf edin.

Find_AZ

 

 

14CH_Aveo_NB_LTZ_LHD_Side_EU_M_P_059_W

TƏKƏR ÜZƏRİNDƏ MÜKƏMMƏLLİK

Aveo özündə qabaqcıl texnologiyalar və nəfis üslubu birləşdirir. Eleqant, xaricdən və daxildən özünə inamlı üslub, təəssürat yaradan keyfiyyətli materiallardan və xüsusiyyətlərdən ağıllı istifadə deməkdir. Eləcə də beş nəfərlik rahat oturacaqlar. Biz düşünürük ki, siz Aveo avtomobilinin özünəməxsus fərqli xüsusiyyətlərini görüb sevəcəksiniz. Motosiklet üslublunun gözəl nümunəsi – parlaq qara çərçivəyə salınmış və xrom çərçivəli fənərlər. Sərt cizgili təkər tağları ümumi dizaynı gözəl tamamlayır, Aveo-nun arxa fənərləri isə nəinki misilsizdir, onlar həm də hava müqavimətini minimuma endirir. Bəli, siz onu sevəcəksiniz.

NƏFİS VƏ GENİŞ İNTERYER

İstənilən Aveo avtomobilinin qapısını açın və Siz dərhal gözəlliyi qiymətləndirəcəksiniz.

Bu avtomobildə, Sizin avtomobildən gözlədiyiniz bütün cəhətlər öz əksini tapıb: fərqli və həmçinin praktik üslub, rahat əşya bölümləri, genişlik – 502L yük yeri, və ən əsası yüksək səviyyədə standart avadanlıq.

YANACAĞI DÜŞÜNMƏDƏN İDARƏETMƏDƏN ZÖVQ ALIN

Mükəmməl istismar xüsusiyyəti və yanacağa qənaət adətən bir-birinə zidd anlayışlardır.

Lakin buna nail olmaqla Aveo mühərriyinin layihəsini yönləndirən əsas hədəf idi. Və biz bilirik ki, bunlar Sizin üçün mühüm amillərdir.

Benzin mühərriki var: 1.2L mühərriki sadəcə 119 q/km emissiya buraxaraq, 100 km-ə 5.1 litr yanacaq sərf edir.

Mühərrik haqda daha çox informasiya Aveo texniki xüsusiyyətləri səhifəsində.

QABAQCIL TƏHLÜKƏSİZLİK GÖSTƏRİCİSİ

Siz bizdən təhlükəsizliyinizi ciddi qəbul edəcəyimizi gözləyirsiniz. Biz belə də edirik. LT və LTZ təchizatlı bəzi Aveo modelləri 6 təhlükəsizlik yastığı ilə təqdim olunur. Kanallı bloklama əleyhinə sistem (ABS) və uşaq kürsülərinin quraşdırılması üçün ISOFIX dayaqları bütün Aveo modelləri üçün standart təchizatdır.
Aveo-nun sərt polad banı təkcə idarəetmədən zövq almaq üçün deyil, o, həmçinin ən yüksək təhlükəsizlik səviyyəsinin aparıcı təminatçısıdır: qəza zamanı avtomobilin damı onun öz çəkisindən 4,2 iki dəfə ağır yükə dözə bilər. Banın hazırlandığı bərk polad salonda əyləşən sərnişinlərin zədəsiz və sağlam qalması üçün nəzərdə tutulub.

 

Follow-me-home faraları

Evə qaranlıqda qayıtıqda, “Follow-Me-Home” sistemi Sizin qapınıza gedən yolu ardınızca işıqlandırdıqdan sonra avtomatik olaraq faraları söndürəcək