Extra Service

Extra Service

Extra Service avtomobil sahiblərinə  etibarlı və  yüksək peşəkarlıqla xidmət göstərən Performance Centerin 2017-ci ildə yeni istifadəyə verdiyi servis mərkəzidir. Qeyd edək ki, yeni fəaliyyətə başlayan “Extra Service” bütün avtomobil markalarına xidmət göstərən ixtisaslaşdırılmış Azərbaycanın ən böyük servis mərkəzlərindən biridir.

Sürətli təmir və üstün keyfiyyət təqdim edən qüsursuz servis

Geniş xidmətlər paketi ilə müştərilərinin ehtiyaclarını tam şəkildə ödəyən Extra Service, Performance Center servis mərkəzlərində olduğu kimi bir avtomobil brendinə deyil, bütün avtomobil markalarına xidmət göstərir.

Üstünlük və fərqliliyimiz:

  • sürətli təmi, üstün keyfiyyət, münasib qiymət
  • geniş və hərtərəfli xidmət paketləri
  • dürüst və qənaətcil
  • etibarlılıq və güvən
  • hər brendə özəl xidmət
  • Bonus Kartı ilə xərclədikcə qazandıran sistem.

Extra Service avtomobil markalarına doğru və qısa zamanda yüksək xidmət göstərmək üçün qlobal markalardan olan modern və yeni avadanlıqlarla təchiz olunmuşdur. Bu Performance Centerin yüksək ixtisaslı mütəxəssislərinin avtomobillərə tez bir zamanda və ətraflı xidmət göstərərək müştəri məmnuniyyətini təmin etməyinə zəmin yaradır.

Yeni və müasir texnologiyaların tətbiqinə açıq servis

Xidmətimiz professional servisin və müştəri gözləntilərinin ən optimal yolla qarşılanmasına yönələn və təcrübədən keçirilmiş standartlarla tətbiq olunmasına əsaslanır. Ən yeni test avadanlıqları və dijital məlumat sistemlərdən istifadə edən servis mərkəzi müasirlik və yenilikçiliyə hər zaman müsbət baxaraq öz bazasını genişləndirməyə davam edir.

SHARE
Комментарии