Chevrolet Orlandoda rekord Sürüş məsafəsi

Hər ay Chevrolet sahiblərinin avtomobillərin yürüş məsafəsi ilə bağlı rekordlarını mediaya çatdıran Performance Center bu dəfə Orlando sahibi Süleymanov Zülfüqar haqqında informasiya verəcək. Bundan əvvəl 6 il ərzində 855 087 km məsafə qət edən Cruze sahibi Muxtarov Ürfan haqqında məqalə,  yəqin ki, yadınızdadır.

Chevroletin yeni qəhrəmanı Zülfüqar Süleymanov isə Chevroletin rekordunu yeniləyərək 5 il ərzində 880 000 km məsafə qət edərək hələ ki liderdir.

İki oğul və bir qız atası olan Zülfüqarın avtomobil almaq üçün istəyi 2012-ci ildə olub. Ətraflı bazar araşdırması ilə öz istəyinə və tələbatını uyğun model tapmaq üçün demək olar ki, Azərbaycanda olan hər avtomobil salonuna daxil olub.  Həm dostlarının məsləhəti, həm də özünün düzgün qərar vermə qabiliyyəti sayəsində Zülfüqar yeni 7 oturacaq yerinə malik Chevrolet Orlando avtomobilini ilk dəfə öz evinə sürür.

Təsadüfi deyildir ki, Euro Ncap təhlükəsizlik reytinqində “5 ulduz”-a layiq görülən Chevrolet Orlando 5 il ərzində Zülfüqarı mənzil başına təhlükəsiz və rahat aparır.

Chevrolet brendinin keyfiyyətinə görə əvəzedilməz olduğunu düşünən Zülfüqar bu gün də bir Chevrolet modelini idarə etməkdən məmnunluq duyur və yüksək performans göstəricisi ilə Orlando avtomobilinin yürüş məsafəsi ilə bağlı rekordunu 1 milyon km-a çatdırmağı qarşısına hədəf qoymuşdur.

Əgər siz də, Chevrolet sahibisinizsə və düşünürsünüz ki, sizin hekayəniz daha cəlbedicidir, o zaman bizimlə əlaqə saxlamanız xahiş olunur.

Chevrolet Orlando

SHARE
Комментарии