Chevrolet Cruze ilə aya gedib gələ bilərdi

Muxtarov Ürfan 1962-ci ildə Masallı rayonunda anadan olub. İki uşaq atası olan Ürfan illərdir uzaq məsafələrə sərnişin daşımaqla məşğul olur. Bu vəsilə ilə həm oğlunu, həm də qızını oxutduran qayğıkeş atanın Chevrolet-lə əlaqəli həyat hekayəsi 2010-cu ildə avtomobil almaq qərarına gəlməyi ilə başlayır.

Əvvəlcə ciddi araşdırmalar edib müxtəlif avtomobil salonlarında olur, uyğun kredit şərtləri  olan şirkətləri, qənaətcil və keyfiyyətli avtomobilləri öyrənir və sonda öz zövqünə və istəyinə ən uyğun modelin Chevrolet Cruze olduğuna qərar verir. Performance Center şirkətindən ən sərfəli şərtlərlə avtomobil alan Ürfan 6 il ərzində tam 855 087 km məsafə  qət edərək  demək olar ki, Azərbaycanın bütün şəhər və rayonlarını gəzir.

Müqayisə üçün bildirək ki, Ürfanın Chevrolet Cruze ilə qət etdiyi məsafə Bakıdan Kiyevə 385 dəfə, Parisə 184 dəfə, Madridə isə 148 dəfə gediş məsafəsinə bərabərdir.

Avtomobilinin göstərdiyi performansa görə tanışları arasında ad qazanan Ürfan indəyənə kimi avtomobili ilə bağlı heç bir zaman şikayəti olmayıb. Əksinə, hər gün 400 kilometrdən çox məsafə qət edən Ürfan avtomobili idarə etdiyi zaman öz Cruze-dan məmnun olub və bu məmnunluğunu ətrafındakı hər kəsə Chevrolet avtomobilini tövsiyə etməklə ifadə edir.

Hər zaman müştərilərinə dəyər verən şirkət olaraq Performance Center Ürfanı Servis mərkəzinə dəvət edərək avtomobilinə ödənişsiz olaraq xidmət göstərib və dəyərli hədiyyələr təqdim edib. Ən önəmlisi isə Performance Center Club Card-ını (bonus kartı) təqdim edib. Belə ki, Ürfan  Muxtarov artıq, Club Card-la servis mərkəzində hər ödənişində bonus qazanaraq xərclədiyi pulu da geri qazanacaq.

SHARE
Комментарии