Chevrolet Captiva 2017 artıq Bakıda

Dünyanın ən böyük avtomobil konsernlərindən biri olan General Motorsun tərkibindəki Chevrolet, 2017 model ili üçün yeni Captivanı bir müddət əvvəl təqdim etmişdi. Ölkəmizdə satışına başlanan avtomobili daha yaxından tanımağa çalışaq.

Eksteryer

Avtomobilin xarici görünüşü ciddi dəyişikliyə uğrayıb. Ön hissəsindəki yeniliklər müasir və xoş təəssürat bağışlayır. Restaylinq olunmuş avtomobilin eksteryerində ön radiator barmaqlıqları, fənərlər, bamperlər və yeni 5 ulduzlu disklər, idmansayağı görüntü bəxş edir. Yenilənmiş ön və arxa fənərlər artıq dioddur. Dumanəleyhinə fənərlər isə xrom işləməlidir. Ümumiyyətlə əlavə edilmiş zəngin dekorativ elementləri avtomobilə müasir görkəm bağışlayıb.

İnteryer

Avtomobilin interyerində də dəyişikliklər müşahidə etmək mümkündür. 7” displey artıq sensorludur və MyLink multimedia sistemi ilə təchiz olunmuşdur. Andorid auto həm də Apple Carplay vasitəsi ilə istifadə etdiyiniz mobil cihazınızı avtmobilinizə rahat qoşa bilərsiniz. Daha bir yenilik isə ön konsolda baş vermişdir. Düymələrin sayının azalması, interyeri olduqca sadə edib. Düymələrin funksiyaları isə yeni displeyə keçirilmişdir. Chevrolet ailəsinin digər modellərində çoxdan mövcud olan sükan xırda dəyişikliyə uğrayaraq, nəhayət Captivayada gəlib.

Rəsmi diler Performance Center avtomobili 7 yerlik təchizatda təklif edir. Lakin Avropada 5 sərnişinlik Chevrolet Captivaya da rast gəlmək mümkündür. İnteryerdə karbon işləmələr avtomobilin salonunda yeni abu-hava yaratmışdır.

Təhlükəsizlik

Hər zaman olduğu kimi markanın ən başlıca prinsiplərindən olan təhlükəsizlik bu dəfə də diqqətdən yayınmamışdır. Sərnişinlər üçün 3 nöqtəli kəmərlər, kiçik sərnişinlər üçün ISOFIX avtomobildə güvənli sayahətinizin təminatçısıdır. Modelin həm aktiv, həm də passiv təhlükəsizlik sisteminə xüsusi diqqət ayrılmışdır. 6 təhlükəsizlik yastığı, sürüşmə və stabilliyə nəzarət sistemi kimi köməkçilər, sevdiyiniz insanlarla səyahətinizi komfortlu və təhlükəsiz edəcəkdir.

Texniki məlumatlar

GM Theta platforması

Daha öncə olduğu kimi yeni Captiva da General Motorsun “GM Theta” platformasında hazırlanıb. Məlumat üçün qeyd edək ki, bu platformadan Chevrolet Captivadan başqa Chevrolet Equinox, Daewoo Winstorm, Pontiac Torrent, Saturn Vue, Suzuki XL7, GMC Terrain, Saab 9-4X, Opel Antara kimi modellər də istifadə edir. Platformanın təkmilləşdirilməsində qeyd olunan modellərin təcrübəsində də faydalanmışdır.

Avtomobilin ölçülərinə gəldikdə isə eni 1.85m, uzunluğu 4.67, hündürlüyü 1.73m təşkil edir. Çəkisi, təchizatdan asılı olaraq, 1.76 – 1.95 T dəyişir.

Daha öncə olduğu kimi avtomobil ölkəmizdə iki mühərrik seçimi 3.0l və 2.4l ilə təklif ediləcək. 3.0l mühərrik 248 at gücü hasil edir. 0-dan 100-ə sürətlənməsinə isə 8.5 saniyə vaxt tələb olunur.

2.4l mühərrik isə 160 at gücü hasil edir və 0-dan 100 km/saat sürətinə çatmasına 10.5 saniyə vaxt tələb olunur.
Hər iki mühərriklə təchiz olunmuş avtomobil 6 pilləli avtomatik transmissiya ilə təmin olunmuşdur.

Avtomobillə daha yaxından tanış olmaq üçün, Chevroletin Azərbaycanda rəsmi dileri salonlarına yaxınlaşa bilərsiniz. Ünvanlar və əlaqə telefonu üçün keçidi klikəyin.

SHARE
Комментарии