4 ölkədə 30 ilə yaxın peşəkar təcrübəsi olan avtomobil mütəxəssisi Performance Center Avto Servis mərkəzində

Günümüzdə avtomobillər həyatımızın ən önəmli parçasından birinə çevrilib. Dolayısı ilə onun hər zaman işlək vəziyyətdə olması həm vaxtımıza qənaət baxımından, həm də əlavə stress yaşamamaq baxımından çox vacibdir. Bunun mümkünlüyü isə xırda problemlərdən ən qəlizinə qədər hər zaman güvənə biləcəyiniz servis mərkəzinin olması və orada çalışan ustalara güvənməyinizdən asılıdır.

Bəs siz…? Avtomobilinizin təmirini əmanət etdiyiniz servis mərkəzləri və onların komandasının peşəkarlığına nə qədər güvənirsiniz? Onlar haqqında nələri bilirsiniz?

Qərara gəldik ki, ölkənin ən çox səriştəli avtomobil mütəxəssisinin çalışdığı Perofrmance Center Avto Servis mərkəzlərinin heyətini “Peşəkar Usta” rubrikası ilə bundan sonra sizlərlə tanış edək.

4 ölkədə 30 ilə yaxın peşəkar təcrübəsi olan avtomobil mütəxəssisi – Arzuman Nəzərov.

Arzuman NəzərovArzuman İmran oğlu  Nəzərov 1965-ci ildə Masallı rayonunda anadan olub. 30 ilə yaxındır ki, avtomobillərin sürətlər qutusunun təmiri ilə məşğul olan Arzuman usta 1990-cı ildən 1997-ci ilə qədər Rusiya Federasiyasının Moskva şəhərində “АБА ремонт автомобилей” servis mərkəzində, 1997-ci ildən 2005-ci ilə qədər Almaniyanın Hanover şəhərində təsis etdiyi “KFZ Werkstatt Banabi&Talischinski” avtomobil servis mərkəzində çalışıb.

2005-ci ildən 2017-ci ilə qədər fəaliyyətini Belarusiyada davam etdirən Arzuman usta 2017-ci ilin oktyabr ayında Performance Center Avto Servis mərkəzinin dəvəti ilə vətənə qayıdıb.

Müxtəlif ölkələrdə Chevrolet, Cadillac, Chrysler Mercedes Benz, Range Rover, Toyota, Lexus, BMW, Audi, Volkswagen kimi avtomobillərin təmirini edən Arzuman usta Belarus Politexnik universitetinin mühəndis konstruktor ixtisasını bitirib. İlkin diaqnostika, ötürmələr qutusunun elektron idarəetmə bloklarının (beyin) təmiri, hidravlik idarəetmə blokunun (beyin) təmiri, robot ötürmələr qutularının təmirini mükəmməl yerinə yetirən Arzuman usta əlavə həmdə peşəkar mühərrik ustasıdır.

Yenicə vətənə qayıtması ilə Performance Center Servis mərkəzinin peşəkar komandasına qoşulan Arzuman usta qeyd edir ki, bir çox hallarda müştəri  təmir üçün öz avtomobilini bir neçə servis mərkəzinə aparır. Sürücünün avtomobildə olan problemini əksər ustalar ya tapa bilmir ya da doğru təmir etmirlər. Bu problemlə əlaqədar Arzuman ustaya yüzlərlə müraciətlər olur və o nasazlığı rahat bir şəkildə aradan qaldıraraq sürücüyə yardımçı oldu. Məsələn əksər ustalar avtomobilin Hidroblokunu (beynini) dəyişməyi tövsiyə etdiyi halda Arzuman usta hidrobloku yeniləmədən nasazlığını qısa müddətdə təmir edərək müştəriyə 1000 manatdan çox qənaət etməkdə yardımçı olur.

Qeyd edək ki, Arzuman ustanın 6 qardaşı və bir oğlu da avtomobil təmiri üzrə ixtisaslarını bitiriblər və hal-hazırda müxtəlif ölkələrdə avtotəmir servislərində çalışırlar.

SHARE
Комментарии